Icma.az
close
up
RU
Tək bizdə deyil, bütün dünyada belədir... Azərbaycan neft hasilatını OPEC+ kvotasına çatdıra bilmir

Tək bizdə deyil, bütün dünyada belədir... Azərbaycan neft hasilatını OPEC+ kvotasına çatdıra bilmir

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan nefti ilə bağlı statistikalar hər dəfə düşünməyə material verir. Hadisələr bu sürətlə davam edərsə, tezliklə neft ölkəsi statusunu da itirəcəyik. İndi neft ixracatçısı kimi tanınmış ölkələri birləşdirən OPEC-in də kvotası qədər hasilat ortaya qoya bilmirik. Təşkilata daxil olmayan ölkələrin də yer aldığı OPEC+ təşəbbüsü bizə gündəlik 551 min barel neft çıxarmağa imkan verir. Amma Azərbaycan noyabrda kvotanın 88 faizindən istifadə edə bilib.

Bizimyol.info xəbər verir ki, bizim ölkə noyabrda gündəlik 486 min barel neft hasil etməyi bacarıb. Bir neçə il əvvələ qədər Azərbaycan 650-700 min bareldən aşağı məhsuldarlıq göstərmirdi. Lakin zamanla ciddi geriləmə müşahidə olundu.

OPEC+ təşəbbüsü hansı proqnozu verir?

Proqnozlar təkcə bizim ölkəyə münasibətdə yox, ümumilikdə nikbin deyil. OPEC+ üzvləri ilin sonuna qədər hasilat kvotasını artırmamaq qərarına gəliblər. Lap Azərbaycan üçün artırılsa belə, bunun mənası yoxdur. Biz onsuz da neftlə üzülüşməyə başlamışıq.

OPEC neft qiymətlərinin düşmə ehtimalını həmişə diqqətdə saxlayır. Bir müddət əvvəl söz-söhbət yayılmışdı ki, Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz təşkilat üzvlərini neft qiymətlərinin 50 dollara düşə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bu haqda Qərb mediasında yazılar da dərc olunmuşdu. Amma təşkilatın rəsmi bəyanatında bunun həqiqəti əks etdirmədiyi yazılıb. Hesab olunur ki, qiymətlər sabitliyi hələ uzun müddət qoruya bilər.

Neft ixrac edən ölkələrin təşkilatı hasilatı artırmağa meylli deyil. Çünki bu addım qiymətlərin bir az da düşməsinə xidmət edə bilər. Bazarda məhsul bolluğunun yaranması heç də yaxşı perspektiv vəd etmir. Buna görə də hasilatın artırılması məsələsinə ehtiyatla yanaşılır.

Bizimlə bağlı məsələ müəyyən qədər məlumdur. Neft hasilatının azalmasını dayandırmaq mümkün deyil. Qiymətin qənaətbəxş olmaması da işləri digər yandan korlayır. Yalnız qiymət məsələsində bəxtimiz gətirə bilərdi. Təəssüf ki, burada da gözlədiyimiz gedişat müşahidə olunmur.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Dekabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see197

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see130

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see130

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri