Icma.az, Sherg.az portalına istinadən məlumat verir. Köhnə binalardakı mənzillər, həmçinin fərdi evlərin, torpaq sahələrinin qiymətində də a
Bunu Dövlət Statistika Komitəsinin məlumatında görmək olur.
DSK-nın məlumatına əsasən, 2024-cü ilin III rübündə mənzil bazarında qiymət indeksi II rübə nəzərən 3.8 faiz, o cümlədən ilkin mənzil bazarında 4.3 faiz, təkrar mənzil bazarında isə 3.7 faiz artıb.
Bu barədə Mərkəzi Bankın "Pul siyasəti icmalı"nın noyabr buraxılışında da bildirilir.
Qeyd edilir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi mənzil bazarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət indeksi 9.2 faiz, o cümlədən ilkin mənzil bazarında 10.3 faiz, təkrar mənzil bazarında isə 9.1 faiz artıb.
Mənzil və kirayə ev bazarında qiymət artımı adətən yeni tədris ilinin başlanğıcı və regional situasiyaların dəyişməsi ilə baş verir.
Qonşu ölkələrdə ictimai-siyasi qarışıqlıq, qeyri-müəyyənlik yaranan kimi, Bakıda mənzil almaq istəyənlərin sayı çoxalır.
Bu da qiymətlərə təsirsiz ötüşmür. Mənzil bazarında qiymət artımının səbəblərini izah edən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev qeyd