Icma.az
close
up
RU
Təkcə yeni tikililər bahalaşmayıb... EKSPERT

Təkcə yeni tikililər bahalaşmayıb... EKSPERT

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Köhnə binalardakı mənzillər, həmçinin fərdi evlərin, torpaq sahələrinin qiymətində də artım müşahidə edilir

“Qiymətləri mənzilin harada yerləşməsi, metropoliten stansiyalarına yaxın ərazilərdə olub-olmaması da təyin edir”

Paytaxtda mənzillərin qiyməti getdikcə artır. Bunu Dövlət Statistika Komitəsinin məlumatında görmək olur. DSK-nın məlumatına əsasən, 2024-cü ilin III rübündə mənzil bazarında qiymət indeksi II rübə nəzərən 3.8 faiz, o cümlədən ilkin mənzil bazarında 4.3 faiz, təkrar mənzil bazarında isə 3.7 faiz artıb. Bu barədə Mərkəzi Bankın "Pul siyasəti icmalı"nın noyabr buraxılışında da bildirilir. Qeyd edilir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi mənzil bazarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət indeksi 9.2 faiz, o cümlədən ilkin mənzil bazarında 10.3 faiz, təkrar mənzil bazarında isə 9.1 faiz artıb.  Mənzil və kirayə ev bazarında qiymət artımı adətən yeni tədris ilinin başlanğıcı və regional situasiyaların dəyişməsi ilə baş verir. Qonşu ölkələrdə ictimai-siyasi qarışıqlıq, qeyri-müəyyənlik yaranan kimi, Bakıda mənzil almaq istəyənlərin sayı çoxalır. Bu da qiymətlərə təsirsiz ötüşmür.   


Mənzil bazarında qiymət artımının səbəblərini izah edən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev qeyd etdi ki, nəinki yeni tikililər və ya köhnə binalardakı mənzillər, həmçinin fərdi evlərin, torpaq sahələrinin qiymətində də artım müşahidə edilir: 


- Əvvəla, mənzil bazarındakı qiymət artımı ümumi qiymət artımına bağlıdır. Mənzillərin qiymətindəki artım həm də bina tikintisi üçün yararlı olan torpaq sahələrinin bahalaşması ilə bağlıdır. Bu, yeni tikilən mənzillərin qiymətlərinə də təbii ki, təsir edir. MTK-lar binanın tikintisinə çəkilən xərcin, sərf olunan vəsaitin müqabilində qiymət təyin edir. Buna bağlı olaraq köhnə binalardakı mənzillərin də qiyməti artır, fərdi evlərin, torpaq sahələrinin də. Fərdi evlərin qiymətindəki artıma səbəb həm də sənədsiz evlərin sənədləşdiriləcəyi ilə bağlı verilən məlumatlardır. Dünənədək fərdi evlərin qiyməti ona görə nisbətən aşağı olurdu ki, alıcı evin sənədsiz olduğunu əsas gətirib qiyməti salırdı. Amma son zamanlar bu amil aradan qalxır. Alıcılar bilir ki, sənədsiz evlərə də “kupça” veriləcək, hətta söküntü, köçürmə olduqda da ev sahiblərinə kompensasiya ödənilir, ona görə qiyməti sala bilmirlər, təklif olunan qiymətlə razılaşırlar. Mənzil, torpaq sahəsi, ümumiyyətlə, daşınmaz əmlak bazarı elədir ki, hətta tələb az olduqda belə təklif qiymətləri dəyişmir. Bir çox ərazilərdə söküntü işlərinin aparılması, köhnə binaların sökülərək yerində yeni yaşayış komplekslərinin tikilməsi də qiymətlərə təsir edir. Nəzərə alaq ki, paytaxtda ərazi üzrə qiymətlər dəyişkəndir. Səbail rayonu, Yasamalda mənzil qiymətləri daha bahadır, nəinki məsələn, Nizami, Sabunçu, Suraxanı rayonlarında. Qiymətləri mənzilin harada yerləşməsi, metropoliten stansiyalarına yaxın ərazilərdə olub-olmaması da təyin edir. Alıcıların bir çoxu məhz metropoliten stansiyalarına yaxın, “metroüstü” evlərdə mənzil almaq istəyirlər. Çünki ictimai nəqliyyat problemindən qismən xilas olmaq imkanı var. İnsanlar  həm də işə rahat gedib-gəlməyi düşünür. Fikir versək görərik ki, metrolara yaxın ərazilərdə yerləşən binalardakı mənzillər, ümumiyyətlə, kommunikasiya xətləri əlverişli olanlar daha yüksək qiymətə təklif edilir.        

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Dekabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri