Tələbə kirayə qaldığı evin eyvanından yıxıldı 3 gün sonra vəfat etdi FOTO/ÖZƏL | Icma.az
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq. Bakıda təhsil alan tələbə, Yevlax rayon sakini 6-cı mərtəbədən yıxılaraq dünyasını dəy
Yevlax rayon sakini Səbinə Rövşənqızı Bakı şəhərində yerləşən Tibb Universitetinin nəzdində fəaliyyət göstərən tibb kursunda oxuyurmuş.
Tələbə dərsdən gəldikdən sonra paltarlarını sərmək istəyən zaman kirayə qaldığı binanın altıncı mərtəbəsindən yıxılıb.
O, dərhal xəstəxanaya yerləşdirilib. 3 gün komada qalan gənc qadın yanvarın 29-da vəfat edib.
Mərhumun nəşi bu saatlarda Yevlax rayonuna gətirilib.Onu da qeyd edək, S. Rövşənqızının anası Yevlaxdakı musiqi məktəbində müəllimə işləyir.
Leyla Vəfadarqızı, Bizim.Media, Aran bürosu Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu