Tələbə kirayə qaldığı evin eyvanından yıxıldı 3 gün sonra vəfat etdi FOTO/ÖZƏL
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Bakıda təhsil alan tələbə, Yevlax rayon sakini 6-cı mərtəbədən yıxılaraq dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə 3 gün öncə baş verib.
Yevlax rayon sakini Səbinə Rövşənqızı Bakı şəhərində yerləşən Tibb Universitetinin nəzdində fəaliyyət göstərən tibb kursunda oxuyurmuş.
Tələbə dərsdən gəldikdən sonra paltarlarını sərmək istəyən zaman kirayə qaldığı binanın altıncı mərtəbəsindən yıxılıb. O, dərhal xəstəxanaya yerləşdirilib.
3 gün komada qalan gənc qadın yanvarın 29-da vəfat edib. Mərhumun nəşi bu saatlarda Yevlax rayonuna gətirilib.
Onu da qeyd edək, S. Rövşənqızının anası Yevlaxdakı musiqi məktəbində müəllimə işləyir.
Leyla Vəfadarqızı, Bizim.Media, Aran bürosu
Baxış sayı:69
Bu xəbər 29 Yanvar 2025 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















