Tələbə sadəcə universitetin verdiyi biliklə kifayətlənməməlidir EKSPERT DANIŞDI | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumat verir. "Tələbələrin öyrəndikləri nəzəri biliklərin praktikada özünü tapmamasının bir neçə səbəbi
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Süleymanov deyib.
O bildirib ki, birincisi, universitetdə təhsil aldıqları ixtisas və fənlər seçilərkən əmək bazarının tələblərinin nəzərə alınmaması bu uyğunsuzluğa gətirib çıxara bilər.
Hətta fənn adı düzgün seçilsə belə, tədris metodikası tamamilə nəzəriyyəyə əsaslandığı üçün praktiki bacarıqlar formalaşmaya bilər: "Burada təbii ki, universitetlərin sayı çoxdur, ixtisaslar müxtəlifdir və hamısını ümumiləşdirmək düzgün olmaz.
Amma bəzi sahələrdə, xüsusilə də çox dinamik inkişaf edən sahələrdə universitetlərin tədris proqramları sənayenin arxasında qala bilir.
Bu zaman əsas məsuliyyət həm universitetə, həm də tələbəyə düşür.
Universitetlər silabusları hazırlayarkən cəmiyyətin və iqtisadiyyatın tələblərini nəzərə almalı, proqramları daha çevik və rasional şəkildə qurmalıdır.
Qeyd edim ki, keçən ildən etibarən həm bakalavr, həm magistr pillələrində tədris proqramları yenilənib.
Tam oxu
Xəbəri oxu