Icma.az
close
up
RU
Tələbə sadəcə universitetin verdiyi biliklə kifayətlənməməlidir EKSPERT DANIŞDI

Tələbə sadəcə universitetin verdiyi biliklə kifayətlənməməlidir EKSPERT DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Tələbələrin öyrəndikləri nəzəri biliklərin praktikada özünü tapmamasının bir neçə səbəbi ola bilər". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Süleymanov deyib.

O bildirib ki, birincisi, universitetdə təhsil aldıqları ixtisas və fənlər seçilərkən əmək bazarının tələblərinin nəzərə alınmaması bu uyğunsuzluğa gətirib çıxara bilər. Hətta fənn adı düzgün seçilsə belə, tədris metodikası tamamilə nəzəriyyəyə əsaslandığı üçün praktiki bacarıqlar formalaşmaya bilər: "Burada təbii ki, universitetlərin sayı çoxdur, ixtisaslar müxtəlifdir və hamısını ümumiləşdirmək düzgün olmaz. Amma bəzi sahələrdə, xüsusilə də çox dinamik inkişaf edən sahələrdə universitetlərin tədris proqramları sənayenin arxasında qala bilir. Bu zaman əsas məsuliyyət həm universitetə, həm də tələbəyə düşür. Universitetlər silabusları hazırlayarkən cəmiyyətin və iqtisadiyyatın tələblərini nəzərə almalı, proqramları daha çevik və rasional şəkildə qurmalıdır.

Qeyd edim ki, keçən ildən etibarən həm bakalavr, həm magistr pillələrində tədris proqramları yenilənib. Bu prosesdə biznes dünyasının nümayəndələri də iştirak ediblər. Bu, çox sevindirici haldır, çünki proqramların daha praktik yönümlü olması üçün şərait yaradılıb. Eyni zamanda tədrisin müəyyən faizinin universitetlərin səlahiyyətinə verilməsi də mühüm addımdır. Amma bir digər vacib məqam budur ki, sənaye və biznes çox sürətlə dəyişir. Universitetlərin bu dəyişikliklərə adaptasiyası isə müəyyən vaxt tələb edir. Bunu nəzərə almaq lazımdır. Universitet təkcə biznes üçün kadr hazırlamır, eyni zamanda şəxsiyyət formalaşdırır və tələbəyə əsasən problem həlletmə bacarıqları aşılayır. Artıq bu dəyişikliyə uyğunlaşmaq tələbənin üzərinə düşür. Tələbə sadəcə universitetin verdiyi biliklə kifayətlənməməlidir. Eyni zamanda süni intellekt və digər texnologiyaların təqdim etdiyi imkanlardan istifadə etməli, özünü inkişaf etdirməlidir. Çünki əmək bazarı rəqabətlidir və bu bazarda özünü təsdiq etmək üçün tələbə əlavə bilik və bacarıqlara (istər universitetin verdiyi formal təhsillə, istərsə də qeyri-formal təlimlər, kurslar və sertifikatlarla) yiyələnməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Sentyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri