Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kirayə mənzillər isə sərfəli və əlçatan deyil Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb.
Ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunduqdan sonra bölgələrdən paytaxta oxumağa gələn tələbələr üçün yaşayış yeri tapmaq müşkülə çevrilib.
İmtahan həyəcanını yenicə adladan tələbələr indi də kirayə ev qayğısı ilə yaşayırlar. Problem isə tələbə yataqxanalarının çatışmazlığıdır.
Vəziyyətə aydınlıq gətirmək üçün bu suala cavab axtarmağa çalışdıq: Hansı universitetin tələbə yataqxanası var və qiymətlər necədir?
Bununla bağlı bir neçə ali təhsil müəssisəsinə üz tutduq. Mənzərə heç də ürəkaçan olmadı.
Belə ki, bəzi universitetlərin tələbə yataqxanası olsa da, otaqların sayı kifayət etmir.
Bəziləri isə hələ də tələbələrə deyil, məcburi köçkünlərə xidmət göstərir.