Icma.az
close
up
RU
Tələbə yataqxanaları az, tələbat böyükdür

Tələbə yataqxanaları az, tələbat böyükdür

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kirayə mənzillər isə sərfəli və əlçatan deyil

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunduqdan sonra bölgələrdən paytaxta oxumağa gələn tələbələr üçün yaşayış yeri tapmaq müşkülə çevrilib. İmtahan həyəcanını yenicə adladan tələbələr indi də kirayə ev qayğısı ilə yaşayırlar. Problem isə tələbə yataqxanalarının çatışmazlığıdır. Vəziyyətə aydınlıq gətirmək üçün bu suala cavab axtarmağa çalışdıq: Hansı universitetin tələbə yataqxanası var və qiymətlər necədir?

Bununla bağlı bir neçə ali təhsil müəssisəsinə üz tutduq. Mənzərə heç də ürəkaçan olmadı. Belə ki, bəzi universitetlərin tələbə yataqxanası olsa da, otaqların sayı kifayət etmir. Bəziləri isə hələ də tələbələrə deyil, məcburi köçkünlərə xidmət göstərir.

Yataqxanaların sayının azlığı və şəraitsizliyi ucbatından bir çox tələbə kirayə ev axtarmağa məcbur qalır. Kirayə mənzillərin qiymətləri isə od tutub yanır. Bakıda birotaqlı evin aylıq kirayə haqqı 450-500 manatdan başlayır. Bu isə tələbənin orta aylıq xərclərini üstələyir. Bəzi tələbələr bu xərcləri ödəmək üçün 3-4 nəfərlə 1 otaq kirayələmək məcburiyyətində qalırlar.

Kirayə bazarına nəzarətin zəif olması da qiymətləri süni şəkildə artırır. Tələbələrin əksəriyyəti bu vəziyyətdə həm maddi, həm də psixoloji cəhətdən çətinlik çəkirlər. Yataqxana qiymətləri isə şəraitinə görə fərqlənir. Ölkənin ən böyük təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin 220 yerlik beşmərtəbəli tələbə evində 1 nəfərin aylıq ödənişi 75 manatdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) isə Bakı şəhərində 5 tələbə yataqxanası var. Lakin onların 4-də 443 məcburi köçkün ailəsi məskunlaşıb. ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Yataqxanada cəmi 200 tələbə yerləşə bilər. Aylıq ödəniş 1 tələbə üçün 85 manat təşkil edir.

Azərbaycan Tibb Universitetinin balansında isə 4 yataqxana fəaliyyət göstərir. Onlardan 1-i əsaslı təmir səbəbindən bağlıdır. 1 yataqxana isə əcnəbi tələbələrə ayrılıb. İndiyədək müraciət edən bütün tələbələr yataqxanada yerləşdirilib. Burada qiymətlər yerləşdirmə şəraitinə və otaqdakı tələbə sayına əsasən dəyişir. Azərbaycanlı tələbələr üçün aylıq ödəniş 50-90 manat civarındadır. Əcnəbi tələbələr üçün isə bu məbləğ aylıq 120 manat təşkil edir. Şəhid ailələrinin üzvləri üçün yerləşdirmə ödənişsizdir. Qazi ailələrinin üzvlərinə isə güzəştlər edirlər.

Azərbaycan Dövlət İqtisad Universitetinin 4 yataqxanası mövcuddur. Lakin hazırda bu binalarda da məcburi köçkünlər yaşayırlar. Məcburi köçkünlər yeni yaşayış sahələri ilə təmin edildikdən sonra yataqxanalar əsaslı təmir olunaraq tələbələrin istifadəsinə veriləcək.

Bakı Mühəndislik Universitetindən verilən məlumata görə, oğlan və qızlar üçün 342 nəfərlik 2 böyük yataqxana fəaliyyət göstərir. 77 otağın hər biri 4 nəfərlikdir. Burada daha çox yerli tələbələr yerləşib. Əcnəbi tələbələrdən də yataqxanalardan istifadə edənlər var. Qiyməti ayda 70 manatdır.

Azərbaycan Texniki Universitetinin yataqxanasında da məcburi köçkün ailələri məskunlaşıb. Universitetdən bildirildi ki, son illər binalarda 124 ailə yaşayıb, lakin artıq 10 ailə işğaldan azad edilən ərazilərə – doğma yurdlarına qayıdıb. Yataqxanalar yararsız vəziyyətə düşüb.

Azərbaycan Dillər Universitetindən sorğumuza cavab olaraq dedilər ki, ali təhsil müəssisəsinin 2 saylı yataqxanası qızlar üçün nəzərdə tutulub və 205 nəfərlikdir. Xidmət haqqı 30 manatdır. Yataqxanada azərbaycanlı tələbələr üstünlük təşkil edir. Oğlanlar üçün nəzərdə tutulan 1 saylı yataqxanada isə məcburi köçkünlər yerləşdirilib. Paytaxtda yerləşən bəzi özəl universitetlərin də yataqxanaları mövcuddur. Qiymətlər isə 100-150 manat arasında dəyişir.

Təhsilin İnkişafı Fondundan verilən məlumata görə, hazırda universitietlərin tələbə yataqxanaları ilə bağlı texniki-iqtisadi əsaslandırma işləri aparılır. Bu sahəyə investorlar cəlb ediləcək. Artıq “BP Azərbaycanla” əməkdaşlıq memorandumu imzalanıb.

Tələbəlik insanın həyatında ən qayğılı və çətin dövrdür. Onlara lazımi şərait yaradılarsa, daha yüksək uğur qazanarlar. Ucuz, normal şəraitli evlər tək tələbənin rahatlığı üçün deyil, cəmiyyətin gələcəyi üçün də vacibdir. Çünki bugünün tələbəsi sabahın həkimi, müəllimi, mühəndisi olacaq.

Elenora HƏSƏNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Sentyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri