Telefonla danışan velosipedçiyə 300 manat cərimə FOTO | Icma.az
Icma.az, Avtosfer saytına istinadən bildirir. Niderland sakinləri avropalılar arasında velosiped istifadəsinə görə seçilir.
Avtosfer.az xəbər verir ki, bu ölkədə insanların gündəlik hərəkətinin 30 faizə qədəri velosipedlə icra olunur.
Birinci dünya müharibəsindən sonra qurulmağa başlayan infrastruktur bu gün də işləyir və təkmilləşdirilir.
Velosiped yollarının böyüməsi dövlətin də marağındadır. Çünki velosiped cığırının təşkili çox az maliyyə tələb edir.
Bu cığırlar çox vaxt şəhərətrafı əraziləri də əhatə edir. Lakin Niderlandda velosiped sürmək heç də asan deyil.
“Hamar ölkə”nin relyefi əlverişli olsa da, qanunlar fərqlidir.
Üstəgəl, burada velosipedçiyə verilən tələblər heç də sürücüyə veriləndən az deyil.
Velosipedçi sürət rejiminə, ara məsafəsinə ciddi əməl etməli, öz yolu ilə getməlidir.
Tam oxu
Xəbəri oxu