Telefonla danışan velosipedçiyə 300 manat cərimə FOTO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Niderland sakinləri avropalılar arasında velosiped istifadəsinə görə seçilir.
Avtosfer.az xəbər verir ki, bu ölkədə insanların gündəlik hərəkətinin 30 faizə qədəri velosipedlə icra olunur. Birinci dünya müharibəsindən sonra qurulmağa başlayan infrastruktur bu gün də işləyir və təkmilləşdirilir.
Velosiped yollarının böyüməsi dövlətin də marağındadır. Çünki velosiped cığırının təşkili çox az maliyyə tələb edir. Bu cığırlar çox vaxt şəhərətrafı əraziləri də əhatə edir.
Lakin Niderlandda velosiped sürmək heç də asan deyil. “Hamar ölkə”nin relyefi əlverişli olsa da, qanunlar fərqlidir. Üstəgəl, burada velosipedçiyə verilən tələblər heç də sürücüyə veriləndən az deyil. Velosipedçi sürət rejiminə, ara məsafəsinə ciddi əməl etməli, öz yolu ilə getməlidir. O, həmçinin, keçid üstünlüyünə malik nəqliyyat vasitələrini buraxcmalı, yük avtomobilinin yanında dayanmamalıdır. Bundan başqa, velosipedi harada gəldi park etmək, nasaz (işıqları olmayan) velosipedlə hərəkət qadağandır.
Bir neçə cəriməyə diqqət edək: Niderlandda 1 fevraldan qüvvəyə minən dəyişikliyə görə, telefonla danışan velosipedçi 170 avro (300 AZN) cərimə ödəməlidir. Bundan əlavə, dəbilqəsiz sürüşə görə 150 avro, qırmızı işıqda keçməyə görə 120 avro, işıq cihazlarının nasazlığına görə isə 75 avro ödəmək lazım gələcək.
Bizdən fərqli olaraq Niderlandda cəriməni tez ödəyənə endirim yoxdur. Lakin cərimələnən şəxs əlavə olaraq 9 avro da inzibati işlərə görə rüsum ödəməlidir.
Vüqar Yaşaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 11 Fevral 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















