Teleqraf 13 yaşında | Icma.az
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün “Teleqraf” Media Qrupunun fəaliyyətə başlamasının 13-cü ili tamam olur.
“Gündəlik Teleqraf” qəzeti print və onlayn versiyada 2012-ci ilin martın 1-də yaradılıb, 2015-ci ildə isə Teleqraf.com xəbər portalına çevrilib.
Peşəkar komanda formalaşdıran, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan Teleqraf.com müxtəlif layihələri ilə məşhur olub.
2025-ci ildə isə əzmkar kollektiv və daimi oxucularımız üçün əlamətdar hadisə baş verib.
Belə ki, “Gündəlik Teleqraf” qəzetinin və Teleqraf.com xəbər portalının bazasında bu il fevralın 7-də “Teleqraf” İnformasiya Agentliyi (www.teleqraf.az, www.teleqraf.com) yaradılıb.
Agentlik Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni, idman və s.
sahəsində baş verən hadisələri obyektiv, dəqiq və operativ formada oxucularına çatdırır.
Tam oxu
Xəbəri oxu