Icma.az
close
up
RU
Teleqraf 13 yaşında

Teleqraf 13 yaşında

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün “Teleqraf” Media Qrupunun fəaliyyətə başlamasının 13-cü ili tamam olur.

“Gündəlik Teleqraf” qəzeti print və onlayn versiyada 2012-ci ilin martın 1-də yaradılıb, 2015-ci ildə isə Teleqraf.com xəbər portalına çevrilib.

Peşəkar komanda formalaşdıran, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan Teleqraf.com müxtəlif layihələri ilə məşhur olub.

2025-ci ildə isə əzmkar kollektiv və daimi oxucularımız üçün əlamətdar hadisə baş verib. Belə ki, “Gündəlik Teleqraf” qəzetinin və Teleqraf.com xəbər portalının bazasında bu il fevralın 7-də “Teleqraf” İnformasiya Agentliyi (www.teleqraf.az, www.teleqraf.com) yaradılıb.

Agentlik Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni, idman və s. sahəsində baş verən hadisələri obyektiv, dəqiq və operativ formada oxucularına çatdırır.

Bütün ölkə ərazisindən xəbər yaymağı qarşısına məqsəd qoymuş agentliyin şəhər və rayonlarda yerli büroları yaradılıb.

Bundan başqa, Azərbaycanın dost, müttəfiq və strateji tərəfdaşı olan iki ölkədə – Türkiyə və Gürcüstanda agentliyin müxbir postları təsis olunub.

“Teleqraf” İnformasiya Agentliyi Cənubi Qafqazda və dünyada cərəyan edən prosesləri geniş işıqlandırır, mühüm hadisələrlə bağlı analitik məqalələr, şərhlər və təhlillər dərc edir.

Tərəfsiz informasiya siyasəti həyata keçirən “Teleqraf” İnformasiya Agentliyi geniş kollektivə malikdir. Məsələlərə peşəkar, əhatəli və doğru yanaşmanı təmin etmək üçün agentliyə öz sahəsində ixtisaslaşmış jurnalistlər cəlb olunub.

Müasir dövrdə informasiya siyasətinin vacib elementi olan sosial media platformalarında effektivliyi təmin etmək üçün agentliyin Facebook, İnstagram, YouTube, Telegram və Tiktok səhifə və kanalları fəaliyyət göstərir. Burada agentliyin istehsal etdiyi xəbər, foto və videogörüntülər oxuculara, izləyicilərə çatdırılır.

Bu gün həm də “Teleqraf” Media Qrupa daxil olan Publika.az xəbər portalının da ad günüdür.

Globalinfo.az kollektivi də “Teleqraf” Media Qrupunu və Publika.az xəbər portalının əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Mart 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see307

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see281

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see271

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see265

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see259

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see249

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see247

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see239

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see236

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see233

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see233

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see228

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see218

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see217

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see210

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see203

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see202

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see198

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see191

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri