TəlƏvivə raket hücumu olundu

21.12.2024

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təl-Əvivin cənubunda həyata keçirilən raket hücumu nəticəsində 18 nəfər yüngül qəlpə yaraları alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı təcili yardım xidmətinə istinadən məlumat yayıb.

Hücum şənbə günü səhər tezdən Yəməndən atılan ballistik raketin səkkiz yaşayış binasından ibarət kompleksə düşməsi nəticəsində baş verib. Raket binalar arasındakı həyətdəki uşaq meydançasını vuraraq dağıntılara səbəb olub.

Yaralanan şəxslər təcili olaraq iki tibb məntəqəsinə yerləşdirilib. Yanğınsöndürənlər mərminin səbəb olduğu yanğının qarşısını almaq üçün hadisə yerinə cəlb olunub. Zərbə zonası mühasirəyə alınıb, burada polis və hərbi partlayıcı ekspertlər araşdırma aparırlar.

Polis təhlükəsizlik risklərinin qarşısını almaq üçün sakinləri hadisə yerindən uzaq durmağa və müvafiq göstərişlərə əməl etməyə çağırıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью