TəlƏvivə raket hücumu olundu
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Təl-Əvivin cənubunda həyata keçirilən raket hücumu nəticəsində 18 nəfər yüngül qəlpə yaraları alıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı təcili yardım xidmətinə istinadən məlumat yayıb.
Hücum şənbə günü səhər tezdən Yəməndən atılan ballistik raketin səkkiz yaşayış binasından ibarət kompleksə düşməsi nəticəsində baş verib. Raket binalar arasındakı həyətdəki uşaq meydançasını vuraraq dağıntılara səbəb olub.
Yaralanan şəxslər təcili olaraq iki tibb məntəqəsinə yerləşdirilib. Yanğınsöndürənlər mərminin səbəb olduğu yanğının qarşısını almaq üçün hadisə yerinə cəlb olunub. Zərbə zonası mühasirəyə alınıb, burada polis və hərbi partlayıcı ekspertlər araşdırma aparırlar.
Polis təhlükəsizlik risklərinin qarşısını almaq üçün sakinləri hadisə yerindən uzaq durmağa və müvafiq göstərişlərə əməl etməyə çağırıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 Dekabr 2024 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















