Tənzilə Rüstəmxanlı Xolqarabucaq kəndində görüş keçirib

05.04.2025

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Millət vəkili Tənzilə Rüstəmxanlı Neftçala rayonunun Xolqarabucaq kəndində görüş keçirib.
Newscenter.az xəbər verir ki, Xolqarabucaq kənd sakinləri ilə səyyar görüşə qonşu kəndlərdən (Dördlər, Xolqaraqaşlı və Qaçaqkənd) də vətəndaşlar iştirak edərək öz arzu və istəklərini bildiriblər.

Deputat Tənzilə Rüstəmxanlı ilə görüşə gələn sakinlər ərazidə ciddi su problemi ilə qarşılaşdıqlarından, kənd xəstəxanasının bərbad vəziyyətə düşməsindən, bəzi fermerlərin uzun illər ötməsinə baxmayaraq hələ də torpaqlarına dövlət aktının verilməməsindən, ərazidə yanğından mühafizə xidmətinin yaradılmasına ehtiyac olmasından bəhs edib, həmçinin torpaq, yol, işıq, qaz və idman zalının açılması kimi onları narahat edən problemlərdən danışıblar.

Sakinləri dinləyən Tənzilə Rüstəmxanlı, qaldırılan bir çox məsələlərin icrası ilə bağlı müvafiq nazirliklərə müraciət edəcəyini bildirib.
Görüşdə iştirak edən Neftçala rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Vasif Əliyev də sakinlərin qaldırdığı problemlərə öz münasibətini bildirib və müvafiq qeydlər aparıb.
]
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью