Tənzilə Rüstəmxanlı Xolqarabucaq kəndində görüş keçirib
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Millət vəkili Tənzilə Rüstəmxanlı Neftçala rayonunun Xolqarabucaq kəndində görüş keçirib.
Newscenter.az xəbər verir ki, Xolqarabucaq kənd sakinləri ilə səyyar görüşə qonşu kəndlərdən (Dördlər, Xolqaraqaşlı və Qaçaqkənd) də vətəndaşlar iştirak edərək öz arzu və istəklərini bildiriblər.

Deputat Tənzilə Rüstəmxanlı ilə görüşə gələn sakinlər ərazidə ciddi su problemi ilə qarşılaşdıqlarından, kənd xəstəxanasının bərbad vəziyyətə düşməsindən, bəzi fermerlərin uzun illər ötməsinə baxmayaraq hələ də torpaqlarına dövlət aktının verilməməsindən, ərazidə yanğından mühafizə xidmətinin yaradılmasına ehtiyac olmasından bəhs edib, həmçinin torpaq, yol, işıq, qaz və idman zalının açılması kimi onları narahat edən problemlərdən danışıblar.

Sakinləri dinləyən Tənzilə Rüstəmxanlı, qaldırılan bir çox məsələlərin icrası ilə bağlı müvafiq nazirliklərə müraciət edəcəyini bildirib.
Görüşdə iştirak edən Neftçala rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Vasif Əliyev də sakinlərin qaldırdığı problemlərə öz münasibətini bildirib və müvafiq qeydlər aparıb.
]
Süleyman

Tənzilə Rüstəmxanlı Xəlil Rza Ulutürkün yurdunda görüş keçirib VİDEO
09 May 2025 20:56
Tənzilə Rüstəmxanlı seçiciləri ilə növbəti görüşünü keçirib
24 Fevral 2025 16:26
Deputat Tənzilə Rüstəmxanlı Neftçala şəhər ofisində seçiciləri ilə görüş keçirib
30 May 2025 10:23
Tənzilə Rüstəmxanlı seçiciləri ilə görüşüb
31 Yanvar 2025 22:20

