Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çempionlar Liqasının VII turunda keçirilən “Qarabağ” – “Ayntraxt” oyunundan (3:2) sonra Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi… – Azarkeşlərimiz təbrik etmək istəyirəm.
Həqiqətən, bu qələbə onların haqqı idi. Hər oyunda bizimlə oldular. Bəlkə də, bizdən daha çox qələbəni istəyən onlar idi.
Hər birinə təşəkkür edirəm. Futbolçular çox əziyyət çəkdi. Meydanda istəkli oyun var idi. Bəzi matçlarda olmayan intizam var idi.
Sona qədər inandılar, fərdi mübarizədə möhkəm oldular. Azarkeşlərimiz və futbolçularımız, Azərbaycan futbolu adına sevindim.
– Möcüzələrə inanırsınızmı? – Möcüzə nəyə deyilir? (gülür). Bu cür qələbələrə inanıram. Dünya futbolunda da bunu görmüşük.
Zəif komandalar böyük komandalara qalib gəlib. Belə hallara inanıram. – Bəlkə də, ən çətin rəqib “Ayntraxt” idi.