Icma.az
close
up
RU
“Tərif istəmirəm” Qurban Qurbanov

“Tərif istəmirəm” Qurban Qurbanov

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çempionlar Liqasının VII turunda keçirilən “Qarabağ” – “Ayntraxt” oyunundan (3:2) sonra Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Azarkeşlərimiz təbrik etmək istəyirəm. Həqiqətən, bu qələbə onların haqqı idi. Hər oyunda bizimlə oldular. Bəlkə də, bizdən daha çox qələbəni istəyən onlar idi. Hər birinə təşəkkür edirəm. Futbolçular çox əziyyət çəkdi. Meydanda istəkli oyun var idi. Bəzi matçlarda olmayan intizam var idi. Sona qədər inandılar, fərdi mübarizədə möhkəm oldular. Azarkeşlərimiz və futbolçularımız, Azərbaycan futbolu adına sevindim.

– Möcüzələrə inanırsınızmı?

– Möcüzə nəyə deyilir? (gülür). Bu cür qələbələrə inanıram. Dünya futbolunda da bunu görmüşük. Zəif komandalar böyük komandalara qalib gəlib. Belə hallara inanıram.

– Bəlkə də, ən çətin rəqib “Ayntraxt” idi. Son dəqiqə qolu ilə qələbə qazandınız. Oyuna necə hazırlaşmışdınız?

– Antalyadakı hazırlıqdan sonra bildirmişdim ki, yaxşı hazırlıq keçdik. İnanın, hazırlaşmaq üçün vaxtımız az olsa da, üstün cəhətlərimiz nədirsə, onu yaxşılaşdırmağa çalışdıq. Şükürlər olsun, alındı. Baxımlı futbol oynamaq istəyirdik. Gözəl üç qol vurmaq möhtəşəmdir. Yaxşı oyun, hücumla bunu etmək böyük sevincdir. Pozitiv notlarla danışıqlarımız olmuşdu. “Ayaks”la oyundan sonra neqativ fikirlər yaranmağa başlamışdı və bu, futbolçulara çox təsjr etmişdi. Bunu geridə qoya bildik və şansımızdan istifadə etməyə çalışdıq. Bu gün oyun keyfiyyətimizi yaxşılaşdırdıq.

– “Liverpul”la oyunöncəsi azarkeşlərə nə deyə bilərsiniz?

– Səfə inamlı gedəcəyik. Orda oynamaq asan deyil. İngiltərədə çılğın azarkeşlərə sahib klublardandır. Futbolçulara çəkinmədən oynamağı tövsiyə edəcəm. Belə arenada oynamaqdan həzz almaq lazımdır. Tapşırıq verəcəm ki, minimum bugünkü oyunu saxlayaq. İndicə cənab prezidentin təbrikini oxudum. Təşəkkür edirəm!

– Buraxılan qollarda Bəhlulun müəyyən səhvləri var idi. Son dəqiqədə də qələbə qolunu vurdu. Onu bağışlamaq olarmı? 

– Niyə də yox. (gülür) Futbol səhvlər oyunudur. Müdafiəçilər həmişə daha çox səhv edir. Bugünkü qola görə bütün səhvlərini bağışlamaq olar.

– Cənab prezident də paylaşımında hamkm səhvinə toxunub. Siz nə düşünürsünüz? 

– Əlavə şərhə ehtiyac yoxdur. Futbolda belə hallar olur. Düzgün, geniş şərhi prezidentimiz verib.

– Futbolu olmayan ölkənin təmsilçisi kimi dünyanın ən güclü turnirində “Barselona” ilə bir sırada olmaq, almanları məğlub etmək necə hissdir? 

– Futbolumuz var, daha inkişaf etməliyik. İnanıram ki, hər şey illər keçdikcə4daha yaxşı olacaq. Böyük komandalarla bir sırada olmaq qürurvericidir. Hər qələbə inamı daha artırır. Eyni zamanda belə klubların Bakıya gəlməsi futbolu daha da sevindirir.

– Bu meydanlarda bir addımlayır, bir yaşlanırıq. 5-10 il əvvəl deyirdiniz ki, belə komandalarla mübarizə aparmaq üçün illər lazımdır. İndi nə fikirdəsiniz? 

– Avropa futbolu daha sürətli inkişaf edir. Çatışmazlıqlarımız daha çox görünür. Təhlillərə baxanda görürük ki, rəqib bizim düşdüyümüz epizodları soyuqqanlı qəbul edir. Çünki onlar illərlə bu basqıda oynayır. Dünən də dedim, biz qələbəni öz oyunumuzla əldə etməliyik. Öz prinsiplərimiz, oyunumuz olmalıdır.

– Elvin Cəfərquliyev əvəzlənmə istəmişdi. Durumu necədir? 

– Yorulmuşdu, ona görə çıxmaq istəyirdi.

– Montielin tam hazır olmadığını demişdiniz. Ancaq startda meydana çıxdı… 

– Montiel daha yaxşı olmaq potensialındadır. Son iki ildə birinci dəfə belə məsuliyyətli oyunda meydanda çox qaldı. Xarakteri hesabına özündə güc tapırdı. Əminəm ki, çox futbolçuların bərpası üçün iki gün lazımdırsa, onunçün üç günə ehtiyac var.

– Zubirin oyunundan razı qaldınızmı? 

– Belə oyundan sonra çatışmazlıqlardan danışmaq düz olmaz. Elə futbolçular var ki, qol vurmasa da, balansı qoruyur. Bu, vacibdir. Belə oyunçulardan biri də Zubirdir. O, hər oyun ən çox topla oynayan futbolçudur. Zubirdən çox razı qaldım.

– Kadi Borges “Liverpul” səfərində oynayacaq? 

– Xeyr.

– Sonuncu qol epizodunu a Bikalyonu geri çağırmışdınız. O da topu aldıqdan sonra qol epizodu yarandı. Qolu necə şərh edərdiniz?

– Oyun epizodu idi. Risk olmasın deyə Bikalyonu geri çağırmışdım.

– Azərbaycan futbolu üçün nələr etdiyinizin fərqindəsiniz? 

– Nə etmişəm deyə fikrim yoxdur. Üzərimə düşən işi görməyə çalışıram. Bu, borcumuzdur.

– Oyunun sonunda Elvin Cəfərquliyev sizə sanki nəsə dedi… 

– Eşitmədim (gülür). Yəqin, nəsə pıçıldayıb. Son vaxtlar Elvinin çox sıxırdım, danlayırdım. Bu gün bəlkə də ən intizamlı oyununu oynadı. Təcrübəli futbolçu kimk gördüm onu. Hücuma cəsarətli çıxır, hər hücumda iştirak edir. Demişdim ki, gücünü düzgün bölüşdür. Bu gün də cinah oyunçularının üzərinə böyük iş düşürdü.

– Qələbə olanda təriflənir, uduzanda tənqid olunursuz. Bu, sizi həvəsdən salmır? 

– Təriflənmək istəmirəm. İşimi görməyə çalışıram. Tənqid olunmağı da istəmərəm. Bu gün siz bilmirsiz hansı problemlərim var, bəlkə futbolçuların nəsə problemləri var. Heç vaxt dəqiq bilmək olmur. İnsan həyatda bəzən elə səhv edir ki, təriflər geridə qalır. İstəmərəm belə hallar olsun.

– Qarşıda Premyer Liqa gəlir. İkinci sırada olmağınız sizi narahat etmir? 

– Komandalar güclənir. Görünən odur ki, çox əziyyət çəkməliyik. Narahatlıq həmişə olur. Dəfələrlə gözlənilməz məğlubiyyətlərimiz olur.

– Avrokuboklara hazırlıqda hansı nəticəni çıxardız ki, bu mövsüm uğurlu olursunuz? 

– Təcrübə, məsuliyyət. Turnirin çəkisi artdıqca, məsuliyyət də artır. Məşqlərdə daha çox çalışmalıyıq. Digər tərəfdən futbolçuların sağlamlığı da vacibdir.

Şahin Cəfərov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:565
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Yanvar 2026 01:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri