TerPetrosyanın fikirləri Ermənistanın terrorçu mahiyyətini əks etdirir Deputat | Icma.az
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sosial şəbəkələrdə yayılmış çıxışı bu ölkənin gerçək mahiyyətini ifadə edir.
Hələ dövlət başçısı olarkən Ter-Petrosyanın səsləndirdiyi fikirlər Ermənistanın təcavüzkar və terrorçu mahiyyətini əks etdirir”.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, tarixən Cənubi Qafqaz mühüm inkişaf perspektivinə malik, yüksək logistik üstünlüklər daşıyan coğrafiya, ən əsası isə sivilizasiyalararası inteqrasiyanın əsas mərkəzlərindən biri kimi şöhrət qazanıb.
Amma son 200 ildə Cənubi Qafqazda baş verən hadisələr bu inkişaf meyarlarının önə keçməsinin qarşısını alıb.
Bunun günahkarı isə birmənalı şəkildə uydurma “böyük Ermənistan” təxəyyülünə malik olan ermənilər, faşizmi dövlət siyasətinə çevirən Ermənistanın siyasi rəhbərləri olub.
Xüsusilə, 1988-1991-ci illərdə faşizm eqoizmlərini “milli ideologiya” adı altında pərdələyərək regionu terror yuvasına çevirən Ermənistan Azərbaycan xalqına qarşı dəhşətli cinayətlərə imza atdı.
Tam oxu
Xəbəri oxu