Icma.az
close
up
RU
TerPetrosyanın fikirləri Ermənistanın terrorçu mahiyyətini əks etdirir Deputat

TerPetrosyanın fikirləri Ermənistanın terrorçu mahiyyətini əks etdirir Deputat

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sosial şəbəkələrdə yayılmış çıxışı bu ölkənin gerçək mahiyyətini ifadə edir. Hələ dövlət başçısı olarkən Ter-Petrosyanın səsləndirdiyi fikirlər Ermənistanın təcavüzkar və terrorçu mahiyyətini əks etdirir”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, tarixən Cənubi Qafqaz mühüm inkişaf perspektivinə malik, yüksək logistik üstünlüklər daşıyan coğrafiya, ən əsası isə sivilizasiyalararası inteqrasiyanın əsas mərkəzlərindən biri kimi şöhrət qazanıb. Amma son 200 ildə Cənubi Qafqazda baş verən hadisələr bu inkişaf meyarlarının önə keçməsinin qarşısını alıb. Bunun günahkarı isə birmənalı şəkildə uydurma “böyük Ermənistan” təxəyyülünə malik olan ermənilər, faşizmi dövlət siyasətinə çevirən Ermənistanın siyasi rəhbərləri olub. Xüsusilə, 1988-1991-ci illərdə faşizm eqoizmlərini “milli ideologiya” adı altında pərdələyərək regionu terror yuvasına çevirən Ermənistan Azərbaycan xalqına qarşı dəhşətli cinayətlərə imza atdı. Belə ki,  yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından, ata-baba yurdlarından zor gücünə qovuldu, deportasiyaya məruz qaldı. Qarabağın və ətrafındakı rayonların işğalı isə xalqımıza qarşı olmazın soyqırımları ilə müşayiət olundu. Qaradağlı, Başlıbel, Xocalı soyqırımları kimi faciələr əsl cinayət idi.

Millət vəkilinin sözlərinə görə, Ermənistan illərdir törətdiyi bu cinayətləri etiraf etməkdən yayınıb. Amma artıq həqiqətin önünə keçmək mümkün deyil. Real faktlar erməni faşizminin üzərindən pərdəni qaldırır və bu “dövlətin” mahiyyətini dünyaya nümayiş etdirir. Təsadüfi deyil ki, bu faktlar Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin müəlliflərindən biri sayılan dilindən etiraf olunur. Bu faşist mahiyyət, vaxtilə azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti Ermənistanın keçmiş dövlət başçısının dili ilə təsdiqlənir. Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosu da bunun göstəricisidir. Çıxışında Ter-Petrosyan etiraf edir ki, 1988-ci ilə qədər Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlı öz ev -eşiyindən didərgin salınıb. Bu fikirlər birmənalı şəkildə Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin, tarixi cinayətin etirafıdır. Ter-Petrosyan öz sözləri ilə azərbaycanlıların Ermənistandan faktiki olaraq silah gücünə qovulduğunu təsdiqləyir. Təqdim olunan video ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri sistemli etnik təmizləmə siyasətini ortaya qoyur. Ermənistanın birinci prezidenti tək Qərbi Azərbaycanı deyil, Qarabağı da azərbaycanlılardan “azad ərazilərə çevirdikləri”ni deyir. Bu isə birmənalı şəkildə cinayət faktının etirafıdır.

“Əslində bu, ilk fakt deyil. Ermənistan rəhbərlərinin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti, hətta Xocalı soyqırımı ilə bağlı fikirləri onların törətdikləri cinayətlərin faktoloji sübutudur. Məsələn, Ermənistanın ikinci prezidenti və Xocalı qətliamının iştirakçılarınan biri olan Robert Koçaryan AŞPA-nın sessiyasında Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etməsi ilə qürur duyduğunu dilə gətirmişdi. Serj Sarkisyan da Xocalı qətliamının birbaşa iştirakçısı olduğunu və dinc azərbaycanlıları qətlə yetirdiklərini etiraf etmişdi. Bütün bunlar bəşəriyyətin ən böyük faciələrindən birini törədən şəxslərin etiraflarıdır və birmənalı şəkildə cinayət tərkibi daşıyır. Onlar bu cinayətlərinə görə ədalət mühakiməsi qarşısında cavab verməlidirlər. Eyni zamanda, beynəlxalq ictimaiyyət bu etiraflar fonunda Ermənistanın gerçək mahiyyətini tanımalıdır”, - deyə Samir Vəliyev vurğulayıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Yanvar 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri