Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın “yerli əhali” adı altında formalaşdırdığı qruplar nəyə xidmət edəcək? Cənubi Qafqazda sabitliyin yeganə şərti sülhdür.
Sülhün əldə olunması üçün isə Ermənistan illərdir davam etdirdiyi əsassız iddialarından əl çəkməli, beynəlxalq hüquqa hörmətlə yanaşmalı, Konstitusiyasında dəyişikliklər etməklə Azərbaycanın ərazi bütövlüyünü tam və rəsmi şəkildə tanımalıdır.
Son dövrlərdə prosesin inkişafı sülhlə bağlı müəyyən ümidlər yaratmaqla yanaşı, bölgənin təhlükəsizlik arxitekturasının da formalaşacağını vəd edirdi.
Müvafiq delimitasiya komissiyalarının son görüşündə aparılan müzakirələr, əldə olunan razılaşmalar gələcək sülh üçün zəmin yarada bilər - bu fakt, özlüyündə prosesdə yeni bir mərhələnin uğurlu davamıdır.
Təəssüflər olsun ki, Erməniitanın qeyri-standart addımları bəzən sülh prosesini sabotaj belə edir - xüsusilə, silahlanma, hərbi gücün artırılması, şərti sərhədə qoşun yığılması, təlimlər keçirilməsi, şərti sərhəddə xarici qüvvələrin təhriki və iştirakı ilə divesiya-kəşfiyyat fəaliyyətinin aparılması bu deyilənləri təsdiqləyir.
Ermənistanın yeni “ordu quruculuğu”... Bütün bunlar isə Ermənistanın həm də hərbi təxribatlara əl atması ilə müşayiət olunur.
Ərazilərimizin atəşə tutulması, fərqli hərbi təlimlərin reallaşdırılması bunu təsdiqləyir - İrəvan bir tərəfdən sülh prosesini irəli aparmaq mövqeyi haqda danışır, digər tərəfdən isə yenə də silahlı insidentləri körükləyir.