Icma.az
close
up
RU
Terror qrupları rəsmiləşdirilir...

Terror qrupları rəsmiləşdirilir...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın “yerli əhali” adı altında formalaşdırdığı qruplar nəyə xidmət edəcək?

Cənubi Qafqazda sabitliyin yeganə şərti sülhdür. Sülhün əldə olunması üçün isə Ermənistan illərdir davam etdirdiyi əsassız iddialarından əl çəkməli, beynəlxalq hüquqa hörmətlə yanaşmalı, Konstitusiyasında dəyişikliklər etməklə Azərbaycanın ərazi bütövlüyünü tam və rəsmi şəkildə tanımalıdır. Son dövrlərdə prosesin inkişafı sülhlə bağlı müəyyən ümidlər yaratmaqla yanaşı, bölgənin təhlükəsizlik arxitekturasının da formalaşacağını vəd edirdi. Müvafiq delimitasiya komissiyalarının son görüşündə aparılan müzakirələr, əldə olunan razılaşmalar gələcək sülh üçün zəmin yarada bilər - bu fakt, özlüyündə prosesdə yeni bir mərhələnin uğurlu davamıdır.

Təəssüflər olsun ki, Erməniitanın qeyri-standart addımları bəzən sülh prosesini sabotaj belə edir - xüsusilə, silahlanma, hərbi gücün artırılması, şərti sərhədə qoşun yığılması, təlimlər keçirilməsi, şərti sərhəddə xarici qüvvələrin təhriki və iştirakı ilə divesiya-kəşfiyyat fəaliyyətinin aparılması bu deyilənləri təsdiqləyir.

Ermənistanın yeni “ordu quruculuğu”...

Bütün bunlar isə Ermənistanın həm də hərbi təxribatlara əl atması ilə müşayiət olunur. Ərazilərimizin atəşə tutulması, fərqli hərbi təlimlərin reallaşdırılması bunu təsdiqləyir - İrəvan bir tərəfdən sülh prosesini irəli aparmaq mövqeyi haqda danışır, digər tərəfdən isə yenə də silahlı insidentləri körükləyir.

Bu dəfə də eyni mənzərə yaranıb - sülh bəyanatları fonunda silahlanmağa davam edən İrəvan yeni “ordu quruculuğu” prosesi gerçəkləşdirmək niyyətinə düşüb. Belə ki, Ermənistan hökuməti ötən həftə “Müdafiə haqqında” Qanunla bağlı əlavələr paketini təsdiqləyib. Həmin dəyişikliklərlə Ermənistanda ərazi müdafiə sistemi kökündən dəyişdirilir. Yeni dəyişikliklərə əsasən, mövcud könüllü sistemi Ərazi Müdafiə Qoşunları ilə əvəz olunacaq. Qanunda Ermənistan ərazisində strateji dərinliyin olmamasının yerli könüllü ərazi müdafiə qüvvələrinin yaradılmasını tələb etdiyi vurğulanıb. Yeni bölmələr konkret rayonlardakı hərbi hissələrdə formalaşacaq və ordu korpusları tərəfindən əlaqələndiriləcək. “Onların əsas vəzifəsi təhdidlər zamanı Silahlı Qüvvələrin nizami bölmələrinə dəstək vermək olacaq”, - məlumatda bildirilir.

Ekspertlər, Ermənistanın bu addımını müharibəyə hazırlıq kimi dəyərləndirir. Çünki yerli insanlardan təşkil olunacaq ərazi müdafiə qoşunları dislokasiya olan hərbi hissələrdə, korpusun dislokasiya olan ərazilərində yerləşən hərbi hissələrində hazırlıqlar keçəcəklər, təlimlərə cəlb olunacaqlar. Korpuslar üçün onlar əlavə qüvvə rolunu oynayacaq. Bu isə hətta onların diversiya qrupları kimi tövsif edir - bu qruplardan Azərbaycan ərazilərində təxribatlar törətmək üçün istifadə edilmə ehtimalı da istisna deyil.

Muzdlu “yerli sakinlər”, yoxsa terror qrupları?

Digər bir ehtimal isə, həmin qrupların xaricdə yaşayan ermənilərdən və muzdlu döyüşçülərdən (qeyri-erməni mənşəli insanlardan) təşkil edilməsidir. Ötən 30 ildə Ermənistanın Yaxın və Orta Şərqdən Qarabağa, işğal altında olan digər ərazilərə muzdlu döyüşçülər gətirməsi sirr deyil - adıçəkilən regiondakı mövcud kataklizmlər İrəvanın yeni ad altında muzdlu diversiya qrupları yaratmaq həvəsi üçün stimul verə bilər. Həmin regionlardakı qarşıdurmalardan “canını qurtaran” terrorçu qruplar Ermənistan vasitəsilə sərhəd bölgələrə yerləşdirilə bilər.

Eyni fikirləri “keçmiş muzdlular” haqda da demək olar. Xatırladaq ki, işğal dövründə Azərbaycan torpaqlarına köçürülmüş muzdlular və onların ailələri 2023-cü ildən sonra Ermənistana qayıtmışdılar. Onlar müəyyən bir müddətdə “hüququ pozulmuş Qarabağ ermənisi” rolunu oynamağa çalışsalar da, heç bir nəticə əldə edilmədi. Əksinə, bu fakt Ermənistanın özünün əleyhinə yönəldi. Bu mənada, İrəvan hökumətinin və onların himayədarlarının növbəti mərhələ üçün həmin  muzdlulardan “yerli əhali” adı altında növbəti dəfə istifadə etməyə çalışması da istisna deyil. Bu versiyanı dəstəkləyən bir sıra arqumentlər mövcuddur:

- Sirr deyil ki, Ermənistan əhalisi kütləvi şəkildə ölkəsini tərk edir. Hətta sərhədyanı bir çox ərazilər demək olar ki, tam boşalıb. Ermənistanın rəsmi strukturlarının açıqladıqları rəqəmlər də onu təsdiqləyir ki, ölkə ərazisində xüsusilə gənclər daha çox xarici ölkələrə köçməyə üstünlük verirlər. Bu halda, həmin “əlahiddə qoşunlarda” təmsil olunması üçün insanlar haradan “peyda oldu”?  Paralel olaraq bu qrupun “yerli əhali”dən təşkil olunması faktı şübhələri daha da artırır;

- 44 günlük Vətən müharibəsi Ermənistanın “güclü ordu” mifini darmadağın etdi. Ermənilərin özlərinin “peşəkar ordu” adlandırdıqları dəstələr Azərbaycanın Silahlı Qüvvələri qarşısında pərən-pərən düşdülər. On mindən artıq erməni əsgərinin fərarilik etməsi faktı da bunu təsdiqləyir.  Ortada təzad var - əgər “nizami ordu” adlanan silahlı dəstələr Azərbaycan Ordusunun zərbəsinə davam gətirməyibsə, “yerli əhalidən” formalaşdırılan bu qruplar hərbi birliklərə hansı “yardımı” edə bilərlər. Nəzərə alsaq ki, bu “qrupların” heç də peşəkar döyüşçülərdən ibarət olmayacağı bildirilir. Burada da şübhələrə yol açan məqamlar gizlənir.

Beləliklə, arqumentlər onu deməyə əsas verir ki, Ermənistanın öz qanunvericiliyində dəyişiklik etməsi heç də iddia olunan “əsaslara” söykənməyib.

Qərb kəşfiyyatçıları maskalanır?

Prosesi araşdıran zaman diqqət yenə də aprelin 5-də Ermənistanın ABŞ və Aİ ilə imzaladığı üçtərəfli “razılaşmaya” yönəlir. Aİ-nin regiondakı “missiyası”, ABŞ-ın isə bölgəyə aktiv şəkildə silah-sursat, hətta canlı qüvvə daşıması ilə bağlı informasiyalar İrəvanın “qanun dəyişikliyi” məsələsi ilə “uzlaşır”. Məsələn, bir müddət öncə Fransa bayrağı altında maşınla bir neçə kəşfiyyatçının şərti sərhəddə göründüyü bildirilmişdi. İstisna edilmir ki, məhz Fransa və digər erməni havadarları özlərinin kəşfiyyat dəstələrini “erməni əhalisindən formalaşdırılan birlik” kimi maskalamağa çalışsınlar. Nəzərə alınmalıdır ki, Aİ missiyasının hazırki sayı bölgəyə gələn zamandakından bir neçə dəfə fərqlənir - artıb. Bu isə onu göstərir ki, Qərb “mülki missiya” adı altında özünün hərbi kontingentini formalaşdırmağa çalışır.

Beləliklə, bütün şübhələr və arqumentlər Ermənistanın sülhdən yayınma cəhdlərindən, yeni eskalasiya axtarışı istəyindən xəbər verir. Bu isə İrəvana heç də müsbət nəticə vəd etmir - onları dəstəkləyən və müharibəyə təhrik edənlər Ermənistanın pisliyini istəyən qüvvələrdir. Onların öz döyüşçülərini “yerli erməni əhalisi” adı altında gizləməsi isə İrəvan üçün əlavə problemlər yarada bilər...

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2024 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri