Terrorun yeni növü: Skuter qətliamları arta bilərmi? | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir. Ötən gün rus general İqor Kirillovun skuterə bərkidilmiş əl qumbarasının partlaması n
Doğrudur, terrorun müxtəlif növləri var. Təhlükənin haradan və nə vaxt gələcəyi məlum olmur.
Amma bu olay bəlkə də tarixə “skuter terroru” kimi düşəcək… Bu kimi halların sayı arta bilər? Tarixdə bənzər hadisələr olubmu?
Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, terror tarixin müxtəlif zamanlarında olan ən qəddar metod növüdür: “Düşmənin aradan qaldırılması, məhvi üçün gizli yollara əl atılır.
Onlardan biri də sonuncu skuter vasitəsi ilə baş verən hadisədir. Tarixə nəzər salsaq, qədim Çində də bənzər halların şahidi olaraq.
Məsələn, qədim Çində müharibə zamanı düşmən kəndlərinin, şəhərlərinin sıradan çıxarılması üçün oraya göndərilən arabaya partlayıcı maddələr yerləşdirilirdi.
Həmin arabalar orduya yaxınlaşanda, yaxud da şəhərə daxil olanda yanan ox vasitəsilə maddə partladılır və ətrafa ölüm saçılırdı.
Vəli Əlibəyov Sovet İttifaqı da buna bənzər metoddan İkinci Dünya Müharibəsi zamanı istifadə edib.
Tam oxu
Xəbəri oxu