Icma.az
close
up
RU
Terrorun yeni növü: Skuter qətliamları arta bilərmi?

Terrorun yeni növü: Skuter qətliamları arta bilərmi?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ötən gün rus general İqor Kirillovun skuterə bərkidilmiş əl qumbarasının partlaması nəticəsində ölümü yeni təhlükənin gündəmə gəldiyini göstərir. Doğrudur, terrorun müxtəlif növləri var. Təhlükənin haradan və nə vaxt gələcəyi məlum olmur. Amma bu olay bəlkə də tarixə “skuter terroru” kimi düşəcək…

Bu kimi halların sayı arta bilər? Tarixdə bənzər hadisələr olubmu?

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, terror tarixin müxtəlif zamanlarında olan ən qəddar metod növüdür:

“Düşmənin aradan qaldırılması, məhvi üçün gizli yollara əl atılır. Onlardan biri də sonuncu skuter vasitəsi ilə baş verən hadisədir. Tarixə nəzər salsaq, qədim Çində də bənzər halların şahidi olaraq. Məsələn, qədim Çində müharibə zamanı düşmən kəndlərinin, şəhərlərinin sıradan çıxarılması üçün oraya göndərilən arabaya partlayıcı maddələr yerləşdirilirdi. Həmin arabalar orduya yaxınlaşanda, yaxud da şəhərə daxil olanda yanan ox vasitəsilə maddə partladılır və ətrafa ölüm saçılırdı.

Vəli Əlibəyov

Sovet İttifaqı da buna bənzər metoddan İkinci Dünya Müharibəsi zamanı istifadə edib. O zaman itlərin belinə partlayıcı maddələr bağlanılırdı və əvvəlcədən öyrədilmiş itlər tankların altına girib həm özlərini, həm də tankları məhv edirdilər.

Ermənistan da ölkəmizə qarşı belə qəddarlıqlara əl atılıb. Belə ki, 10-15 il öncə Ermənistandan Azərbaycana gələn çay vasitəsilə içərisinə partlayıcı maddə yerləşdirilmiş oyuncaqlar atılırdı. Azərbaycanlı uşaqlar həmin oyuncaqları götürdükdə avtomatik olaraq partladığı üçün həyatlarını itirirdilər, xəsarət alırdılar”.

Politoloqun sözlərinə görə, İsrailin “Peycer” əməliyyatı da bu siyahıya daxildir:

“Belə terror aktlarının ədalətli yol olduğunu düşünmürəm. Daha fərqli növlərinin də şahidi ola bilərik. Ona görə də hər bir ölkənin, o cümlədən Azərbaycanın da xüsusi xidmət orqanları ayıq-sayıqlığı yəqin ki, artırıblar. Çünki hərəkət edən, etməyən hər şeydən silah kimi istifadə olunur”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri