525.az saytına istinadən Icma.az xəbər verir. Nəzakət xanım Məmmədli ilə şəxsi tanışlığım 2003-cü ilə təsadüf edir.
İnstitutun kitabxanasında kartotekaya baxırdım, birdən otağa nəcib bir xanım daxil oldu, hamı ilə salamlaşıb hal-əhval tutdu.
Sonra nədənsə söz gəlib musiqidən düşdü. Mən qardaşım Natiqin bu günlərdə Rəşid Behbudov adına mahnı teatrında konserti olacağından danışdım
O, bizim söhbətə qoşuldu: "Bizim uşaqların atası Nadir müəllim də vaxtı ilə gözəl musiqiçi olub, gözəl nağara ifaçısı idi, indi də qızıl fon
O, xalq artistlərimiz Sara Qədimovanı, Tükəzban İsmayılovanı... müşayət edib". Mən dedim yəqin mənim qardaşım Natiqi tanıyar.
Axşam zəngləşdik. Yoldaşından Natiqi soruşmuşdu. Nadir müəllim: "Ay Nəzakət, o, bizim evin uşağı olub, mənim ifama çox qulaq asıb".
O gündən çox yaxın bir ailə kimi dosluğumuz başladı. Nəzakət Fəttah qızı Məmmədli "Türdilli əlyazmaların tədqiqi" şöbəsində işləyirdi.
Vaxtaşırı görüşürdük, hər zaman əlindən gələn köməyi əsirgəməz, məsləhətlər verərdi. 2014-cü ildə müdafiəmlə bağlı seminarım idi.