“Tesla“ İlon Maska 1 trilyon dollar ödəmək istəyir, amma şərtlər hədsiz dərəcədə sərtdir“ …
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Mask Trampla məşğul olduğu üçün şirkət səhmlərinin qiymətini qoruyub saxlaya bilmir və ona alternativ axtarılır..." ABŞ-ın "Tesla" avtomobil istehsalçısı Direktorlar Şurasının rəhbəri İlon Maskaya 1 trilyon dollar mükafat ödəməyi planlaşdırır.
Amma bu məbləği alması üçün Maskın növbəti 10 il ərzində bir sıra iqtisadi göstəriciləri təmin etməsi vacibdir.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Ekspertlər bu hədəfləri "son dərəcə ambisiyalı və çətin əldə olunan" adlandırır.
Direktorlar Şurasının planına görə, Maska adi maaş və bonus ödənilməyəcək.
Onun əvəzinə şirkətin səhm paketindən pay veriləcək və bu pay hədəflər yerinə yetirildikcə tədricən artacaq.
Şura investorlardan planı təsdiqləməyi xahiş edib, yalnız onların səsi ilə plan həyata keçə bilər.
Tam oxu
Xəbəri oxu