Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

“Tesla“ İlon Maska 1 trilyon dollar ödəmək istəyir, amma şərtlər hədsiz dərəcədə sərtdir“ BBC

“Tesla“ İlon Maska 1 trilyon dollar ödəmək istəyir, amma şərtlər hədsiz dərəcədə sərtdir“ BBC

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Mask Trampla məşğul olduğu üçün şirkət səhmlərinin qiymətini qoruyub saxlaya bilmir və ona alternativ axtarılır..."

ABŞ-ın "Tesla" avtomobil istehsalçısı Direktorlar Şurasının rəhbəri İlon Maskaya 1 trilyon dollar mükafat ödəməyi planlaşdırır. Amma bu məbləği alması üçün Maskın növbəti 10 il ərzində bir sıra iqtisadi göstəriciləri təmin etməsi vacibdir.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Ekspertlər bu hədəfləri "son dərəcə ambisiyalı və çətin əldə olunan" adlandırır. Direktorlar Şurasının planına görə, Maska adi maaş və bonus ödənilməyəcək. Onun əvəzinə şirkətin səhm paketindən pay veriləcək və bu pay hədəflər yerinə yetirildikcə tədricən artacaq. Şura investorlardan planı təsdiqləməyi xahiş edib, yalnız onların səsi ilə plan həyata keçə bilər.

"Tesla"-nın Direktorlar Şurasının sədri Robin Denholm bildirib: "Bu gün qeyri-real görünən böyümə yeni ideyalar, qabaqcıl texnologiyalar və innovasiyalar sayəsində mümkündür. Sadə dildə desək, Maskı qoruyub təşviq etmək həyati əhəmiyyət daşıyır ki, "Tesla" bu hədəflərə çatsın və tarixdə ən yüksək qiymətləndirilmiş şirkət olsun".

Mask 1 trilyon dollar alması üçün nə etməlidir?

Plan üzrə Maska şirkət səhmindən 12 pay veriləcək, hər biri "Tesla"-nın fəaliyyətində mühüm göstəriciyə bağlıdır. Birinci göstərici: Şirkətin bazar dəyərini 2 trilyon dollara çatdırmaq. Hazırda "Tesla" təxminən 1 trilyon dollara qiymətləndirilir. Son məqsəd "Tesla"-nın bazar dəyərini 8,5 trilyon dollara çatdırmaqdır. Bu, bu gün dünyanın ən bahalı şirkəti olan "Nvidia"-nın dəyərinin iki qatıdır.

Bundan əlavə, hər bazar göstəricisi ilə bağlı istehsal həcmi, robot texnologiyaları və gəlirin 24 dəfə artırılması kimi göstəricilər də yerinə yetirilməlidir. Hazırda bu hədəflər çox çətin görünür - "Tesla"-nın son maliyyə hesabatına görə, avtomobil satışları son 10 ilin ən sürətli templə azalır. Bəzi ekspertlər bunu Maskın qalmalları və siyasi fəaliyyəti ilə izah edir.

Ekspert rəyləri və investor narahatlığı

"AJ Bell  şirkətinin investisiya analitiki Den Koatsvort qeyd edir ki, direktorlar tərəfindən təklif edilən məbləğ "ağla sığmır": "Bir insan belə bir məbləğ ala bilərmi?" - o, soruşur. Koatsvort əlavə edir ki, "Tesla"-nın nüfuzunu və mövqeyini qorumaq üçün Direktorlar Şurası yox, Mask mübarizə aparmalıdır".

Bir neçə ay öncə "Tesla"-nın Direktorlar Şurası Maskın istefaya göndərilməsi barədə xəbərləri rədd edib. Amma may ayında "The Wall Street Journal" nəşri yazıb ki, Mask Trampla məşğul olduğu üçün şirkət səhmlərinin qiymətini qoruyub saxlaya bilmir və ona alternativ axtarılır. "Tesla" bu xəbəri "tamamilə həqiqətə uyğun olmayan" adlandırıb, amma "The Wall Street Journal"  məlumatın doğruluğuna inanır.

Koatsvort yekun olaraq bildirir: "Direktorlar əvvəlcə düşünürlər ki, Mask onlara problem yarada bilər, amma dərhal sonra ona deyirlər: "İstənilən rəqəmi de, yalnız onu saxlayaq",  məqsəd isə onu mümkün qədər uzun müddət şirkətdə saxlamaqdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Sentyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see617

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see511

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see460

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see334

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see326

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see308

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see290

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see278

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see267

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see252

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see244

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see236

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see212

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see209

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see209

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see196

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see194

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see190

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

01 Noyabr 2026 15:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri