Təxribatlar dövrü bitdi: köhnə “təriqətlər“ tarixə qarışır, saxta sədaqətlər format olunur…
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Siyasi münasibətlər müstəvisində baş verən mürəkkəb prosesləri daha rahat və aydın şəkildə anlamaq üçün bəzi alim və nəzəriyyəçilər konkret hadisələri müxtəlif idman növləri ilə müqayisə edirlər.
Əlçatan müqayisələr müxtəlif kombinasiyalardan ibarət olan konkret siyasi hadisələrin məntiqini müəyyən etməyə kömək edir.
Təsadüfi deyil ki, müqayisələrin aparılması metodu siyasi maarifçiliyin ən populyar üsuludur.
Belə ki, eyni bir klubda uzun müddət ərzində oynayan idmançının klubdan uzaqlaşdırılmasının əsas səbəblərinin sayı əslində elə də çox deyil.
Beynəlxalq təcrübəyə əsaslanaraq burada növbəti əsas standart səbəbləri qeyd edə bilərik: səmərəlilik əmsalının düşməsi, sabotaj cəhdi və ya klubun sirlərinin rəqib komandaya satılması.
Müəyyən oluna biləcək bütün digər səbəbləri isə qeyd olunan amillərin ətrafında tapmaq mümkündür.
Heç şübhəsiz ki, son dövrün ən “əlvan” siyasi hadisəsi məhz Ramiz Mehdiyev olayıdır.
Tam oxu
Xəbəri oxu