Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Təxribatlar dövrü bitdi: köhnə “təriqətlər“ tarixə qarışır, saxta sədaqətlər format olunur

Təxribatlar dövrü bitdi: köhnə “təriqətlər“ tarixə qarışır, saxta sədaqətlər format olunur

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Siyasi münasibətlər müstəvisində baş verən mürəkkəb prosesləri daha rahat və aydın şəkildə anlamaq üçün bəzi alim və nəzəriyyəçilər konkret hadisələri müxtəlif idman növləri ilə müqayisə edirlər. Əlçatan müqayisələr müxtəlif kombinasiyalardan ibarət olan konkret siyasi hadisələrin məntiqini müəyyən etməyə kömək edir. Təsadüfi deyil ki, müqayisələrin aparılması metodu siyasi maarifçiliyin ən populyar üsuludur. Belə ki, eyni bir klubda uzun müddət ərzində oynayan idmançının klubdan uzaqlaşdırılmasının əsas səbəblərinin sayı əslində elə də çox deyil. Beynəlxalq təcrübəyə əsaslanaraq burada növbəti əsas standart səbəbləri qeyd edə bilərik: səmərəlilik əmsalının düşməsi, sabotaj cəhdi və ya klubun sirlərinin rəqib komandaya satılması. Müəyyən oluna biləcək bütün digər səbəbləri isə qeyd olunan amillərin ətrafında tapmaq mümkündür.

Heç şübhəsiz ki, son dövrün ən “əlvan” siyasi hadisəsi məhz Ramiz Mehdiyev olayıdır. Əlbəttə ki, sözügedən şəxs ilə əlaqədar cinayət işinin açılması sıradan bir hadisə deyil. Zamanında dövlət idarəçilik iyerarxiyasının zirvəsində olmuş şəxsin adının hər-hansı bir qalmaqalda çəkilməsinin bütün informasiya reytinqlərinin top onluğuna daxil olacağını proqnoz etmək bir o qədər də çətin iş deyil. Onu da deyə bilərik ki, məsələ ilə bağlı yayılan məlumatlarda tanınmış şəxslərin və konkret dövlət qurumlarının adlarının çəkilməsi hadisə ilə bağlı ictimai marağı pik dərəcəsinə qədər artırır.

İctimai maraq olan yerə isə qalmaqal axtarışında olan fürsətçilərin axışması heç də təəccüblü hal deyil. Yaranmış vəziyyətdən faydalanmaq istəyənlər də olacaq, qalmaqalı təhrif edərək siyasi divident qazanmaq arzusunda olanlar da olacaq. Əlbəttə ki, tanınmış şəxslərin adları çəkilən yerdə köhnə haqq-hesabı çürütmək və hətta şantaj etmək istəyənlər də olacaq. Hadisələri “boyalayan” və vəziyyəti mürəkkəbləşdirən amil sosial şəbəkələrin vəhşi cəngəllik qanunlar ilə idarə olunmasıdır. Hamımız ona alışmışıq ki, hər bir sosial şəbəkə istifadəçisi artıq özünü politoloq və ya ən azından siyasi ekspert kimi hiss edir. Şahidlik etdiyimiz proses sayəsində isə sanki hər kəs aparılan ümummilli istintaq prosesində iştirak edən müstəntiqə çevrilib.

Ən çətin düyün kimi bir-birinə dolaşmış bu gün şahidlik etdiyimiz “maraqlı” hadisələri anlamaq və adekvat nəticələrə gəlmək üçün bizim harayımıza yenə də siyasi maarifçilik gələ bilər. Məhz siyasi maarifçilik prizmasından çıxış edərək qeyd etməliyik ki, mövcud prosesdə hər-hansı bir konkret ada fokuslanmaq doğru sayılmaz. Bu cür yanaşma prosesin mahiyyətini anlamağa mane olar. Konkret şəxslərin bu və ya digər cinayətlərdə iştirak “payını” müəyyən edən hüquq-mühafizə qurumları tərəfindən hər bir hadisəyə hüquqi qiymət veriləcəkdir. Heç şübhəsiz ki, yaşanan olaya da rəsmi münasibət bildiriləcəkdir, hadisələrin süni şəkildə sürətləndirilməsi kimlərinsə yumşaq desək “diqqətdən kənar” qalmasına səbəb ola bilər. Odur ki, bu gün mətbuat vasitəsilə səsləndirilən müxtəlif fərziyyələr əslində aparılan istintaq işlərində çəkilə biləcək adların coğrafiyasını artırır.

Odur ki, təhlillərimizdə adların çəkilməsindən və qalmaqallardan uzaqlaşa bilsək biz yaşanan proseslərin əsl hədəf və məqsədlərin görə bilərik.Məsələni bir qədər də qəlizləşdirən digər önəmli amil odur ki, mətbuatımız da bizim bəzi siyasətçilərimiz kimi məhz olay və qalmaqal axtarışındadır. Ona görə də siyasətdə bəzən obyektiv həqiqət cəmiyyətin ictimai təfəkkürünə süni şəkildə yeridilən qərəzli emosiyaların kölgəsində qalır.

Çəkinmədən iddia edə bilərik ki, yaşanan proseslər bilavasitə Qələbəmiz ilə formalaşmağa başlamış Yeni reallığının növbəti təzahürüdür. Regionun yeni geosiyasi statusu, qlobal proseslərə təsir edə biləcək yeni geosiyasi bolkların yaranması, regionun iqtisadi cəlbedicilik göstəricilərinin artırılması, regionun tarixində ilk dəfə olaraq uzunmüddətli sülhün bərqərar olunması üçün münbit şəraitin yaradılması, Azərbaycanın beynəlxalq imici ilə əlaqədar əldə olunmuş inanılmaz nailiyyətlər, perspektivə yönəlmiş iqtisadi layihələr və digər bu kimi amillər sadəcə dayanıqlı inkişafının zəmanətləri deyil, bunlar ilk növbədə Yeni reallığının təzahürləridir. Əlbəttə ki, burada biz Prezident İlham Əliyevin yeni siyasi konfiqurasiya ilə bağlı olan anonslarını da unutmamalıyıq.

Heç şübhəsiz ki, bu gün yaşanan hadisələr həmin “yeni siyasi konfiqurasiyanın” növbəti konturları haqqında da bizləri məlumatlandırır. Anlamalıyıq ki, “yeni siyasi konfiqurasiya” əsla təkcə hansısa institusional dəyişiklik demək deyil. Yeni konfiqurasiya ilk növbədə yeni siyasi paradiqmaların meydana gəlməsi və yeni münasibətlər sisteminin yaranması deməkdir. Yeni yanaşma və düşüncə paradiqmaları işə düşmədiyi təqdirdə arzuolunan nəticələrin əldə olunması çətin və bəzən də əlçatmaz vəzifəyə çevrilir. Ehtimal edə bilərik ki, baş verən hadisələrin kökündə məhz sözügedən məqsədləri görməliyik. Başqa sözlə, baş verən hadisələrin strateji hədəfi münasibətlər sisteminin mahiyyət etibarı ilə dəyişdirilməsi prosesinin stimullaşdırılmasıdır.

Mövcud kontekstin inkişafında yaşanan hadisələrinin növbəti strateji hesab oluna biləcək hədəfləri müəyyən edə bilərik: cəmiyyətdə hər kəs anlamalıdır ki, bu dövlətdə toxunulmaz şəxs yoxdur; hakim komanda içərisində “təriqətlərin” yaranması yolverilməzdir; istənilən əməl hər an ifşa oluna bilər; dövlətdən gizlin şəkildə heç bir proses cərəyan edə bilməz; istənilən proses dəqiq hesablanmış vahid strategiya çərçivəsində cərəyan edir və bu səbəbdən də lazım olan vaxtdan tez heç bir atdım atılmır; daxili siyasətin axınına heç bir xarici amil təsir göstərə bilməz və s.

Yaşanan hadisələr həm də dəyişilmək üçün özlərində güc və iradə tapmayanların məzmun etibarı ilə “format” olunmasını qaçılmaz edir. Hadisələr eyni zamanda siyasətçilərin səmimilik indikatoru kimi də çıxış edir. Sosial şəbəkələr sayəsində kimin nəyə qadir olduğunu artıq hər kəs çox gözəl bilmiş oldu. Hadisələr siyasi münasibətlərdə yaxşı unudulmuş “etibarlılıq” və “sadiqlik” kimi keyfiyyətləri də insanların yadına saldı. Açıq təxribat xarakterli bu proseslərdə siyasi partiyalara da ayrılan rolu xüsusi olaraq qeyd etməliyik. Təəssüf ki, ölkəmizdə siyasi dialoq mühitindən çox narahat olan qüvvələr siyasi partiyaları da yaşanan proseslərə zorla daxil etməyə çalışırlar. Bununla da keçmişdə cəmiyyətimizdə yaşanan ideoloji parçalanmanı bərpa etməyə çalışırlar.

Əlbəttə ki, yanılırlar və əlbəttə ki, heç bir sosial bazaya malik olmayanlar xırda xuliqanlıqdan başqa heç nəyə qadir deyillər. Bəhs etdiyimiz proseslər siyasi sistemi yalnız bərkidəcək və onun immunitetini bir qədər də artıracaqdır. Ən azından ona görə ki, yeni siyasi konfiqurasiya ilə bağlı atılan bütün addımların əsas strateji hədəflərindən biri elə məhz ölkənin siyasi immunitetinin artırılmasıdır. Sadəcə görünən odur ki, kimlərsə köhnə cığal əməllərindən ötrü çox darıxıb.

Necə ki, 44 günlük müharibənin başlanılmasından heç olmasa 20 gün öncə, yəni təqribən 5-7 sentyabr 2020-ci il tarixində heç kəs hətta xəyal edə bilməzdi ki, bir neçə həftə sonra Azərbaycan xalqı düşmən üzərində mütləq qələbə çalacaq, bu gün təməli qoyulan yeni siyasi konfiqurasiya da sabah hər bir vətəndaşın qürur predmetinə çevriləcək. Odur ki, qürurumuz olan milli himnimizin sözlərini yada salaq: “Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz!” Hər kəs dərk etməlidir ki, təxribatlar dövrü bitib və Azərbaycan xalqı çox mürəkkəb və ağrılı proseslərdən keçərək indi tarixinin Qələbələr mərhələsini yaşayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see192

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see185

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see176

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see175

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see163

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see151

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see140

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri