Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"O, sadəcə, müğənni deyil, unikal sənətçi və müasir musiqinin əsl fenomenidir..." "Billboard" musiqi nəşrinin reytinqində amerikalı müğənni Teylor Svift birinci yerə layiq görülüb.
Moderator.az xəbər verir ki, bu barədə "meta.ua" nəşri məlumat yayıb.
Ulduzlar reytinqi 2000-ci ildən bəri son 24 il ərzində "Billboard 200" və "Billboard Hot 100" albomlarının məlumatları əsasında hazırlanıb.
"Billboard" məlumat verir ki, bu göstəricilərin təhlilindən sonra əsrin ən yaxşı müğənnisi olaraq amerikalı ifaçı Teylor Svift seçilib.
Onun mahnıları ilk dəfə 2006-cı ildə musiqi siyahılarında görünsə də, bu, Sviftin 14 dəfə öz albomları ilə siyahılara liderlik etməsinə və daha 12 dəfə "Billboard Hot 100" seçməsində birinci yerə çıxmasına mane olmayıb.
Bundan başqa, Svift bir çox rekordlara sahibdir. Dünyaca məşhur tabloidlər onun yeni nailiyyətlər əldə etdiyini dəfələrlə qeyd edib.
Məsələn, o, 2022-ci ildə "Midnights" albomundakı mahnılarla siyahının ilk 10 sırasında bütün yerləri tutan ilk ulduz olub.