Icma.az
close
up
RU
Teylor Svift XXI əsrin ən yaxşı müğənnisi elan edilib Billboard musiqi nəşri

Teylor Svift XXI əsrin ən yaxşı müğənnisi elan edilib Billboard musiqi nəşri

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"O, sadəcə, müğənni deyil, unikal sənətçi və müasir musiqinin əsl fenomenidir..."

"Billboard" musiqi nəşrinin reytinqində amerikalı müğənni Teylor Svift birinci yerə layiq görülüb.

Moderator.az xəbər verir ki, bu barədə "meta.ua" nəşri məlumat yayıb.

Ulduzlar reytinqi 2000-ci ildən bəri son 24 il ərzində "Billboard 200" və "Billboard Hot 100" albomlarının məlumatları əsasında hazırlanıb.

"Billboard" məlumat verir ki, bu göstəricilərin təhlilindən sonra əsrin ən yaxşı müğənnisi olaraq amerikalı ifaçı Teylor Svift seçilib.

Onun mahnıları ilk dəfə 2006-cı ildə musiqi siyahılarında görünsə də, bu, Sviftin 14 dəfə öz albomları ilə siyahılara liderlik etməsinə və daha 12 dəfə "Billboard Hot 100" seçməsində birinci yerə çıxmasına mane olmayıb.

Bundan başqa, Svift bir çox rekordlara sahibdir. Dünyaca məşhur tabloidlər onun yeni nailiyyətlər əldə etdiyini dəfələrlə qeyd edib. Məsələn, o, 2022-ci ildə "Midnights" albomundakı mahnılarla siyahının ilk 10 sırasında bütün yerləri tutan ilk ulduz olub.

2024-cü ilin mayında o, "The Tortured Poets Department" albomu ilə bu uğurunu təkrarlayıb. Teylorun başqa bir rekordu isə "Billboard 200" siyahısında 86 həftə ərzində birinci yerdə olmasıdır ki, bunu indiyə qədər heç bir musiqiçi bacarmayıb.

XXI əsrin ən yaxşı artistləri reytinqində ikinci yeri reper Dreyk tutub. Onun mahnıları ilk dəfə 2009-cu ildə musiqi siyahılarında görünüb.

O vaxtdan bəri Dreyk "Hot 100" siyahısında 78 mahnı ilə ilk onluğa daxil olub və ümumilikdə 338 mahnı ilə siyahıya düşüb. 2018-ci ildən 2023-cü ilə qədər Dreyk fasiləsiz olaraq 431 həftə "Hot 100" siyahısında qalaraq rekorda imza atıb.

Üçüncü yeri isə müğənni Rihanna tutub. Onun mahnıları ilk dəfə 2005-ci ildə musiqi siyahılarında görünüb. Həmin vaxt hələ cəmi 17 yaşı olan bu gənc ifaçı qısa müddətdə dünya şöhrəti qazanıb və mahnıları hitə çevrilib. 

Nəticədə onun iki albomu "Billboard 200"-də birinci yerə, 14 sinqlı isə "Hot 100"-də liderliyə yüksəlib. Qeyd edək ki, Rihanna müsiqi siyahıları tarixində 10 mahnısı birinci yerdə olan ən gənc ulduz seçilib.

"Billboard"un versiyasına görə XXI əsrin ən yaxşı 10 artisti bunlardır:

1. Teylor Svift

2. Dreyk

3. Rihanna

4. Post Malone

5. Eminem

6. The Weeknd

7. Beyons

8. Castin Biber

9. Bruno Mars

10. Aşer

Bu reytinq bir daha təsdiqləyir ki, Teylor Sviftin, sadəcə, müğənni deyil, müasir musiqinin əsl fenomeni olduğunu təsdiqləyir. Öz istedadı, zəhmətkeşliyi və müxtəlif musiqi üslublarını birləşdirmək bacarığı onu unikal bir sənətçiyə çevirib.

Xatırladaq ki, daha öncə Teylor Svift ən varlı qadın musiqiçilər reytinqində birinci yerə yüksəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Yanvar 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri