Icma.az, Azvision portalına istinadən məlumat yayır. Bu məsələdə iki məqama diqqət etmək lazımdır. Birincisi Zaman zonası fərqidir.
Honkonq ilə Los Angeles arasında təxminən 16 saat fərq var, daha dəqiq desək, Honkonq Los Angelesdən 16 saat irəlidədir.
Bu o deməkdir ki, əgər siz Honkonqdan 1 yanvar 2025-ci il saat 00:30-da təyyarəyə minərsinizsə və uçuş təxminən 12 saat davam edərsə, təyyarə Los Angelesə 31 dekabr 2024-cü il, saat 18:30-da çata bilər.
İkinci məsələ isə "Beynəlxalq Zaman Xətti" ("International Date Line", "IDL") ilə bağlıdır.
Sözügedən xətt dünya üzrə tarix və vaxtın tənzimlənməsi üçün qəbul edilmiş xəyali (real mövcud olmayan) xəttdir.
Bu xətt 180-ci uzunluq dairəsi boyunca yerləşir və əsasən Sakit okeandan keçir.
Xəttin bir tərəfindən digərinə keçərkən tarix bir gün artır və ya azalır.
Məsələn, əgər siz xəttin qərb tərəfindən şərq tərəfinə keçirsinizsə (Asiya → Amerika istiqamətində) tarix bir gün azalacaq.