Icma.az
close
up
RU
Təyyarə ilə “zamanda səyahət”

Təyyarə ilə “zamanda səyahət”

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Bu məsələdə iki məqama diqqət etmək lazımdır. Birincisi Zaman zonası fərqidir. Honkonq ilə Los Angeles arasında təxminən 16 saat fərq var, daha dəqiq desək, Honkonq Los Angelesdən 16 saat irəlidədir. Bu o deməkdir ki, əgər siz Honkonqdan 1 yanvar 2025-ci il saat 00:30-da təyyarəyə minərsinizsə və uçuş təxminən 12 saat davam edərsə, təyyarə Los Angelesə 31 dekabr 2024-cü il, saat 18:30-da çata bilər.
İkinci məsələ isə "Beynəlxalq Zaman Xətti" ("International Date Line", "IDL") ilə bağlıdır. Sözügedən xətt dünya üzrə tarix və vaxtın tənzimlənməsi üçün qəbul edilmiş xəyali (real mövcud olmayan) xəttdir. Bu xətt 180-ci uzunluq dairəsi boyunca yerləşir və əsasən Sakit okeandan keçir. Xəttin bir tərəfindən digərinə keçərkən tarix bir gün artır və ya azalır. Məsələn, əgər siz xəttin qərb tərəfindən şərq tərəfinə keçirsinizsə (Asiya → Amerika istiqamətində) tarix bir gün azalacaq. Əksinə, əgər siz şərqdən qərbə (Amerika → Asiya istiqamətində) keçirsinizsə, o zaman tarix bir gün artacaq.

Beləliklə, Honkonqdan Los Angelesə uçuş zamanı "Beynəlxalq Zaman Xətti"ni keçirsiniz. Bu zaman tarix bir gün geriyə dəyişir. Buna görə 1 yanvar 2025-ci ildə başlayan uçuş Los Angelesdə 31 dekabr 2024-cü ildə başa çatır. Təsəvvür edin: Honkonqda saat 01:00, 1 yanvar 2025-ci il, Los-Angelesdə eyni anda saat 09:00, 31 dekabr 2024-cü ildir. Təyyarə bu zaman zonaları arasındakı uçuşla sanki "vaxtda geri qayıdır". Əlbəttə, təyyarə zamanı geri qaytarmır, sadəcə, siz başqa bir zaman zonasına keçirsiniz.
Başqa misal da çəkmək olar. Əgər siz təyyarə ilə Honolulu (Havay) adalarından Tokio (Yaponiya) istiqamətində uçursunuzsa, adı çəkilən xətti keçdikdən sonra tarix avtomatik olaraq bir gün artacaq.
"Beynəlxalq Zaman Xətti" ideyası 19-cu əsrdə zaman zonalarının tənzimlənməsi ilə əlaqədar qəbul edilib. Məqsəd beynəlxalq ticarəti və səyahətləri asanlaşdırmaq olub, çünki dünya üzrə vahid tarix sistemi olmadan zaman qarışıqlığı yarana bilərdi.
Haqqında söhbət açdığımız xətt bu gün də zaman zonalarının idarə edilməsində mühüm rol oynayır. Ondan dünyadakı saat fərqlərini düzgün tənzimləmək üçün istifadə olunur. Bu xətt hər yerdə tam düz deyil, bir sıra yerlərdə əyilir. Səbəb bəzi ölkələrin və adaların vahid zaman sistemini qorumaq istəməsidir. Məsələn, Kiribati bu xətti “əyməklə” öz ərazisinin vahid bir zaman zonasında qalmasını təmin edib.

Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin "Ümumi Hüquq" kafedrasının müəllimi
hüquqşunas
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Yanvar 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri