GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tarixçi Zaur Əliyev Xəzər dənizində baş vermiş hava gəmisi qəzaları ilə bağlı məlumat paylaşıb.
Globalinfo.az sözügedən məlumatı təqdim edir: 1966-cı il, 23 aprel İl-14P orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya səfər edərkən qəzaya uğrayıb.
Təyyarə ilə əlaqə uçuşdan 12 dəqiqə sonra Xəzər dənizi üzərində kəsilib.
Göyərtəsində 5 heyət üzvü və 28 sərnişin olan İl-14P təyyarəsi bu günə qədər tapılmayıb.
Onun 23 aprel günü Xəzər dənizində müşahidə olunan çətin hava şəraitində qəzaya uğraması ehtimal olunur.
2005-ci il, 23 dekabr An 140-100 Nardaran qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən An 140-100 təyyarəsindəki 4 heyət üzvü və 19 sərnişin hadisə nəticəsində həlak olub.
2008-ci il, 29 yanvar Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğramışdı.