Təyyarə qəzasında həlak olan Zaqatala sakinlərinin SAYI ARTDI YENİLƏNİB | Icma.az
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir. AZAL-ın qəzaya uğrayan təyyarəsində ölən zaqatalalıların sayı artıb.
Lent.az xəbər verir ki, son məlumatlara görə, təyyarədə Zaqataladan 10 nəfər olub.
Əvvəlki siyahıda ölməsi barədə xəbər verdiyimiz Ceerova Səlihətin qəzadan sağ çıxdığı müəyyənləşib.
Lakin daha təyyarədə olan zaqatalalı sərnişinlərdən daha 2 nəfərin həlak olduğu məlum olub.
Onlar rayonun Paşan kənd sakini İbrahimxəlil Kostiyev və Makov kənd sakini Nərminə İgidovadır. Son məlumatlar bir daha dəqiqləşdirilir.
Ətraflı məlumat veriləcək. *** saat 14:57 AZAL-ın qəzaya uğrayan təyyarəsində Zaqataladan 8 nəfər olub.
Lent.az xəbər verir ki, ilkin məlumata görə onlardan 6-sı həlak olub, 2-si yaralanıb.
Həlak olan və yaralananların hamısı Zaqatalanın Danaçı kəndindəndirlər.
Tam oxu
Xəbəri oxu