Təyyarə qəzasında həlak olan Zaqatala sakinlərinin SAYI ARTDI YENİLƏNİB
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
AZAL-ın qəzaya uğrayan təyyarəsində ölən zaqatalalıların sayı artıb.
Lent.az xəbər verir ki, son məlumatlara görə, təyyarədə Zaqataladan 10 nəfər olub.
Əvvəlki siyahıda ölməsi barədə xəbər verdiyimiz Ceerova Səlihətin qəzadan sağ çıxdığı müəyyənləşib.
Lakin daha təyyarədə olan zaqatalalı sərnişinlərdən daha 2 nəfərin həlak olduğu məlum olub.
Onlar rayonun Paşan kənd sakini İbrahimxəlil Kostiyev və Makov kənd sakini Nərminə İgidovadır.
Son məlumatlar bir daha dəqiqləşdirilir.
Ətraflı məlumat veriləcək.
***
saat 14:57
AZAL-ın qəzaya uğrayan təyyarəsində Zaqataladan 8 nəfər olub.
Lent.az xəbər verir ki, ilkin məlumata görə onlardan 6-sı həlak olub, 2-si yaralanıb.
Həlak olan və yaralananların hamısı Zaqatalanın Danaçı kəndindəndirlər.
Həlak olanlar:
Carayev Arif
Carayev Mahir
Carayev Hacı
Ceerov Xizri
Siracova Müslümət
Yaralılar:
Siracov Nurulla
Cəlilov Nizami
Ceerova S.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək, qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 25 Dekabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















