Təyyarədən ilk çıxan Zamin: Qəza videosuna baxmışdım, hissi edirdim ki... | Icma.az
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır. “Təyyarə qəzası baş verən gün işlə bağlı Qroznıya uçurdum.
Daha əvvəllər də işlə bağlı ora getmişdim. İki il olar ki, qaytımışdım. Bu dəfə də işləmək üçün gedirdim”.
Bu sözləri Ölkə.Az-a açıqlamasında qəzaya uğrayan AZAL təyyarəsinin sərnişini Zamin Alıyev deyib.
O, hadisə gününü belə xatırlayır: “Buradan Qroznıya nomal uçuşumuz 40-45 dəqiqədir. 1 saatı keçmişdi, amma hələ enməmişdik.
2 dəfə eniş etməyə cəhd elədilər, olmadı. Sonra havaya yüksəldik, buludun içərisində olanda bir dəfə təyyarəni vurdular.
Baqaj yerləri yaxşı örtülməmişdi, gəldilər qapısını örtməyə. Zülfüqar bəy idi.
Bizi də sakitləşdirdi, “Hər şey normaldır” deyib baqajı örtmək istəyəndə bir dəfə də vurdular və o qolundan yaralandı.
Onu arxaya apardıq, mənim yerim ən arxa sırada idi. Bələdçi Aydan xanım da yanında idi, kömək etdik, qolunu sarıdıq.
Tam oxu
Xəbəri oxu