Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Təyyarədən ilk çıxan Zamin: Qəza videosuna baxmışdım, hissi edirdim ki...

Təyyarədən ilk çıxan Zamin: Qəza videosuna baxmışdım, hissi edirdim ki...

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Təyyarə qəzası baş verən gün işlə bağlı Qroznıya uçurdum. Daha əvvəllər də işlə bağlı ora getmişdim. İki il olar ki, qaytımışdım. Bu dəfə də işləmək üçün gedirdim”.

Bu sözləri Ölkə.Az-a açıqlamasında qəzaya uğrayan AZAL təyyarəsinin sərnişini Zamin Alıyev deyib. O, hadisə gününü belə xatırlayır:

“Buradan Qroznıya nomal uçuşumuz 40-45 dəqiqədir. 1 saatı keçmişdi, amma hələ enməmişdik. 2 dəfə eniş etməyə cəhd elədilər, olmadı. Sonra havaya yüksəldik, buludun içərisində olanda bir dəfə təyyarəni vurdular. Baqaj yerləri yaxşı örtülməmişdi, gəldilər qapısını örtməyə. Zülfüqar bəy idi. Bizi də sakitləşdirdi, “Hər şey normaldır” deyib baqajı örtmək istəyəndə bir dəfə də vurdular və o qolundan yaralandı. Onu arxaya apardıq, mənim yerim ən arxa sırada idi. Bələdçi Aydan xanım da yanında idi, kömək etdik, qolunu sarıdıq. Yaralı halı ilə yenə camaatı sakitləşdirdi. Təqribən 1.5-2 saat havada olduq. 3 dövrədən sonra biz Qroznıdan çıxdıq. 
Pilotlar insanların psixologiyasını dəyişdi. Biz Aktauya çatanda, sahili görəndə elə bildik ki, Bakıya qayıtmışıq, əhvalımız bir az normallaşdı. Orada da bir dövrə vursa da, eniş edə bilmədi. İkinci dövrə vuranda hava limanının yaxınlığında gəldiyimiz sürətlə yerə endik”.

Z.Alıyev deyir ki, qəzadan sonra təyyarədən ilk çıxan o olub:

“Ən axırda mən əyləşmişdim. Yer balaca idi, yaralıların üstündən keçərək çıxdım. Özümü itirmədim, ən birinci mən çıxdım. Yanımda bir xanım var idi, onu çölə çıxardım. Daha sonra da Toğrul adlı bir qardaş var, ona kömək elədim çıxartdım. Sonra Toğrul bəylə birgə 5-6 nəfərin çıxmasına kömək elədik.

Qazaxıstanın hava limanında təcili yardım, fövqəladənin işçiləri hazır gözləyirmişlər. 10 dəqiqə keçməmişdi, haradasa 100 maşın tökülüşdü gəldi. Başladılar camaatı təxliyə etməyə”. 

Zərərçəkən deyir ki, qəzadan dərhal sonra özünü itirməsə də, təyyarənin yanan hissəsini görəndə şok keçirib:

“Amma bir şeydən xəbərim olmayıb. Təsəvvür edin, təyyarə bölünüb, yarısı yoxdur. Fikirləşmirəm ki, bəs bu təyyarənin yarısı haradadır?! Sonradan orada bir az şoka düşdüm. Qışqırdım ki, millət yandı, kül oldu. 

Sol qolumda sıyrıqlar, başım yarılıb, bir də alnım dəymişdi. Eniş zamanı rəhmətlik Hökumə xanım əllərimizi necə qoymaqla bağlı təlimat vermişdi”.
Yaralı söyləyir ki, uçuşdan əvvəl neqativ hisslərə qapılsa da, dilə gətirməkdən ehtiyat edib:
“Qəribədir ki, getdiyim gün evdən çıxmazdan əvvəl kompüterin qarşısında təyyarələrə, təyyarə qəzaları ilə bağlı videolara baxırdım. Evdəkilərə dedim ki, gəlin, buna baxın. Ürəyimdə “nəsə olacaq” deyə bir hiss var idi, amma deyə bilmirdim. O söz dilimə gəlmirdi. Sanki nəsə məni saxlayırdı”.

Z.Alıyevin sözlərinə görə,ailəsinə qəza barədə ikinci zəngdə məlumat verib:

“Yerə enəndən sonra bir dəfə zəng elədim ki, narahat olmayın, Qroznıya salamat çatmışam. Daha sonra xəstəxanada olanda bir dəfə də zəng elədim, dedim, yaxşıyam, iş yeridəyəm. Onda evdəkilərə zəng gəldi, dedilər, gözlə, İsmətdir. Bildim ki, xəbər çatacaq, dedim, ondansa, özüm danışım. Dedim ki, narahat olmayın, qəza keçirmişik, amma yaxşıyam.
İnsanlar qəzadan əvvəl elə bil, ölüb dirildilər. Amma Hökumə xanım sonuna kimi təlimatlandırmağa davam etdi. Fikirləşin ki, bir insan ölümə gedir, yenə də deyir, hər şey yaxşı olacaq. O səs qulağımdan getmir. 

Düzdür, hadisədən sonra travma almışıq. Bakıya qayıdanda adi tıqqıltıya da reaksiya verirdik. Amma bundan sonra təyyarəyə minəcəyəm, ya yox, bilmirəm. Allah ölənlərə rəhmət eləsin, ailələrinə səbir versin. Yaralılara da şəfa diləyirəm.
Haradasa 2 günə yaxın Aktauda qaldıq. Düzdür, dillərini başa düşmürdük, amma baxırdıq ki, çox can yandırırlar. Ən adi şeyləri belə yoxlayırdılar, maraqlanırdılar. Çox mehriban, istiqanlı yanaşırdılar. Onlar da çox sağ olsun.
Pilotlarımız özlərini qurban verdilər ki, millət çox zərər görməsin. 20 nəfərin qabağa çağırılması da havada tarazlığı qorumaq üçün idi”. 
Z.Əliyev xilas olan digər sərnişinlərlə birgə bələdçi və pilotarın ailələrinə ziyarətə getməyi düşünür:

“Düşünmüşük ki, kollektiv olaraq Hökumə xanımın və pilotların, eləcə də 13 yaşlı Məmmədəlinin evinə gedib alələrinə baş çəkək.
Təyyarədə biz Şəmkirdən 2 nəfər idik. Sonradan bildik. İstəyirəm ki, yaşıdım olan həmin oğlanın da qəbrini ziyarət edim”.

Billurə Yunus
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Dekabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri