Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında yer səthi ilə toqquşana qədər 1, 2 və 3-cü hidravlik sistemlərinin zədələndiyini sübut edən şəkil və qrafik təqdim olunub.
Deyilib ki, müəyyən edilmiş bu zədələr hidravlik mayesinin və təzyiqinin itkisi ilə nəticələnib.
Təyyarələrin hidravlik sistemləri sıradan çıxdıqdan sonra hava gəmilərini idarə etmək mümkünsüz hala gəlir.
Bəs bu sistemi çalışdıran boruları daha güclü, təzyiqə, zərbəyə davamlı etmək olarmı? Məhz o hissəni zirehlə örtmək mümkündürmü?
Əzimbala Əzimov Globalinfo.az-a danışan Azərbaycan aviasiyasının əfsanəvi pilotu, “Şöhrət” ordenli Əzimbala Əzimovun sözlərinə görə, o borular 210 atmosfer, yəni 210 kiloqram santimetr-kvadrata hesablanıb.
O, təyyarələrin hidravlik sistemlərini çalışdıran boruların kifayət qədər möhkəm olduğunu bildirib: “Onlar elə bir möhkəm borudur ki, qeyd olunan təzyiqə davam gətirə bilir.
Əgər ona mexaniki təsir olunsa, həmin boru partlayır. Amma dediyim kimi, təyyarələrin hidravlik sistemlərini çalışdıran borular 210 atmosfer