Icma.az
close
up
RU
Təyyarələrin ən zərif nöqtəsi “Embraer” faciəsi ortaya yeni sual çıxardı

Təyyarələrin ən zərif nöqtəsi “Embraer” faciəsi ortaya yeni sual çıxardı

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında yer səthi ilə toqquşana qədər 1, 2 və 3-cü hidravlik sistemlərinin zədələndiyini sübut edən şəkil və qrafik təqdim olunub. Deyilib ki, müəyyən edilmiş bu zədələr hidravlik mayesinin və təzyiqinin itkisi ilə nəticələnib.

Təyyarələrin hidravlik sistemləri sıradan çıxdıqdan sonra hava gəmilərini idarə etmək mümkünsüz hala gəlir.

Bəs bu sistemi çalışdıran boruları daha güclü, təzyiqə, zərbəyə davamlı etmək olarmı? Məhz o hissəni zirehlə örtmək mümkündürmü?

Əzimbala Əzimov

Globalinfo.az-a danışan Azərbaycan aviasiyasının əfsanəvi pilotu, “Şöhrət” ordenli Əzimbala Əzimovun sözlərinə görə, o borular 210 atmosfer, yəni 210 kiloqram santimetr-kvadrata hesablanıb.

O, təyyarələrin hidravlik sistemlərini çalışdıran boruların kifayət qədər möhkəm olduğunu bildirib:

“Onlar elə bir möhkəm borudur ki, qeyd olunan təzyiqə davam gətirə bilir. Əgər ona mexaniki təsir olunsa, həmin boru partlayır. Amma dediyim kimi, təyyarələrin hidravlik sistemlərini çalışdıran borular 210 atmosfer təzyiqə dözümlüdür. Təzyiq 210 olsa da, lakin borunu sınaqdan çıxardıqda 230 kiloqram santimetr-kvadratda ona tab gətirir. Ona görə də hidravlik sisteminin üzərini bağlamağa ehtiyac yoxdur”.

Ə.Əzimov deyib ki, mülki təyyarələrin hidravlik sistemini zirehlə örtmək nəzərdə tutulmur:

“Bu, mülki təyyarədir. AZAL-a məxsus təyyarə kənar müdaxilə nəticəsində zədə alıb. Aşağıdan vurublar deyə, hidravlik sistemi zədələnib. Maye də ona görə axıb. Sərnişin təyyarələrinin hidravlik sistemləri zirehlə qapadılmır”.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Zaira Akifqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Fevral 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri