“Təzə dəm”də çay kefi ona 17 minə başa gəldi | Icma.az
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda avtomobildən 9900 dollar (16 830 manat) oğurlayan Biləsuvar rayon sakini həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu Sabit Orucov küçəsindəki “Təzə dəm” çay evinin qarşısında baş verib.
Axşam saatlarında çay evinin qarşısından keçən 35 yaşlı T.Məmmədov orada dayanan “BMW X5” markalı avtomobilin qapısının açıq olduğunu görüb.
O, maşının salonuna daxil olaraq ön oturacaqların arasındakı mərkəzi dirsək altından 9900 ABŞ dollarını götürüb qaçıb.
T.Məmmədov oğurladığı pulları yaşadığı evə aparıb. Hadisə vaxtı çay evində olan zərərçəkmiş şəxs küçəyə çıxıb maşınına oturduqda pulların oğ
Həyata keçirilən tədbirlərlə T.Məmmədov saxlanılıb və barəsində cinayət işi açılıb.
Onun əvvəllər də bir neçə dəfə oğurluq etdiyi və bu cinayət hadisəsini törədərkən şərti azadlıqda olması müəyyən edilib.
Tam oxu
Xəbəri oxu