Icma.az
close
up
RU
“Təzə dəm”də çay kefi ona 17 minə başa gəldi

“Təzə dəm”də çay kefi ona 17 minə başa gəldi

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda avtomobildən 9900 dollar (16 830 manat) oğurlayan Biləsuvar rayon sakini həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu Sabit Orucov küçəsindəki “Təzə dəm” çay evinin qarşısında baş verib.

Axşam saatlarında çay evinin qarşısından keçən 35 yaşlı T.Məmmədov orada dayanan “BMW X5” markalı avtomobilin qapısının açıq olduğunu görüb. O, maşının salonuna daxil olaraq ön oturacaqların arasındakı mərkəzi dirsək altından 9900 ABŞ dollarını götürüb qaçıb. T.Məmmədov oğurladığı pulları yaşadığı evə aparıb.

Hadisə vaxtı çay evində olan zərərçəkmiş şəxs küçəyə çıxıb maşınına oturduqda pulların oğurlandığını görüb və polisə məlumat verib. Həyata keçirilən tədbirlərlə T.Məmmədov saxlanılıb və barəsində cinayət işi açılıb. Onun əvvəllər də bir neçə dəfə oğurluq etdiyi və bu cinayət hadisəsini törədərkən şərti azadlıqda olması müəyyən edilib.

Xətai Rayon Məhkəməsinin bir neçə gün öncə çıxardığı hökmə əsasən, T.Məmmədova 3 il həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs olunub.

Hökm verilərkən oğurlanmış pulların böyük hissəsinin qaytarılması və təqsirləndirilən şəxsin övladının birinci qrup əlil olması yüngülləşdirici hal, onun təkrar olaraq və şərti azadlıqdaykən cinayət törətməsi isə ağırlaşdırıcı hal kimi nəzərə alınıb.

Aslan Vəliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri