Icma.az bildirir, Bakivaxti portalına istinadən. (Kulturoloji baxış)Fizikanın tezlik (frekans) anlayışı – müəyyən bir prosesin, məsələn, dal
Bu anlayış, maddənin, dalğaların və enerjinin ritmik təzahür forması kimi, mədəniyyətin dinamikasını anlamaqda unikal bir metafora təqdim ed
Əgər tezlik fiziklərin dilində müəyyən bir titrəşmə və təkrarlılıq ölçüsü kimi qəbul olunursa, mədəniyyətdə bu, toplumların, fərdlərin və id
Bu ritm mədəniyyətin tarixi inkişafını, dəyişiklik və sabitlik arasındakı qarşılıqlı təsiri müəyyən edir.
Mədəniyyətlərin “tezliklər”i kimi təsvir edilə biləcək bu ritmlər, onların dəyərlərini, inanclarını, yaradıcılıq impulslarını və sosial quruluşlarını əks etdirir.Aşağı tezliklər:Yavaş və sabit dəyişikliklərlə xarakterizə olunan gələnəksəl mədəniyyətlər əsasən dərin tarixi köklərə malikdir.
Bu cür mədəniyyətlərdə gələnəklər vasitəsilə davamlılıq nümayiş etdirilir.Yüksək tezliklər:Sürətli dəyişikliklər, texnoloji yeniliklər və sosial devrimlərlə müşayiət olunan çağdaş mədəniyyətlər qeyri-sabitlik və uyğunlaşma ilə xarakterizə olunur.Tezliklərin kulturoloji yorumuRezonans və uyğunluq:Fizikada rezonans hadisəsi müəyyən bir sistemin dış təsirə cavab olaraq ən yüksək titrəyiş tezliyində reaksiya verməsidir.
Mədəniyyətdə isə bu, toplumların dış təsirlərə uyğunlaşma və cavabvermə qabiliyyəti kimi yorumlana bilər.
Örnək olaraq, Batı çağdaşlaşmasının təsiri ilə Doğu mədəniyyətlərinin yenidən formalaşması rezonansın mədəni ifadəsidir.Dəyişiklik və sabitlik:Fizikada tezlik dəyişiklikləri bir sistemin enerjisinin dəyişdiyini göstərir.