Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Meditasiya və yoqa kimi rahatlaşdırıcı və mənəvi fəaliyyətlərdə ümumiyyətlə nəfəs məşqlərinə üstünlük verilir.
Sol burun dəliyindən nəfəs almanın təkcə yoqa vərdişi deyil, həm də fizioloji açar ola biləcəyi təklif edilir.
Bəs, sol burun dəliyi ilə nəfəs məşqləri beyinə necə təsir edir?
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, gündəlik həyatda nəfəs alma aktını avtomatik həyata keçirsək də, burnumuzdan keçən hər nəfəs bədəndə müxtəlif prosesləri aktivləşdirir.
Son zamanlar bu proseslərin fərqli bir tərəfi diqqəti cəlb etməyə başlayıb.
Beyni aktivləşdirən nəfəs məşqləri mövcuddur və çox da faydalıdır. Burnun sol dəliyi ilə nəfəs almaq orqanizmə müxtəlif təsir göstərir.
Alimlərin fikrincə, bu təsir nəfəs alarkən burnumuzun hər iki dəliyindən eyni effekti görməməyimizlə bağlıdır.