TFF rəsmisi derbidəki hakim təyinatı üzündən istefa verdi! | Icma.az
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir. Türkiyə Futbol Federasiyasından çox önəmli bir istefa xəbəri gəlib.
''Football-plus.az'' xəbər verir ki, qurumun idarə heyətinin üzvü və başqan vəkili Ceyhun Kazancı sürpriz şəkildə istefa verib.
Kazancı yazılı açıqlamasında bunları qeyd edib: ''2024-cü il 18 iyul tarixindən etibarən icra etdiyim TFF başqan vəkili, idarə heyətinin üzvü, yığma komandalara, eyni zamanda FİFA və UEFA ilə münasibətlərə cavabdehlik daşıyan yönətici vəzifələrindən lazım olduğu üçün istefa verirəm.
Bu ayrılığın hər iki tərəfə və Türkiyə futboluna xeyirli olmasını arzu edirəm.
Vəzifədə olduğum müddətdə yanımda olan və dəstək verən hər kəsə təşəkkür edirəm''.
Qeyd edək ki, 45 yaşlı Kazancı daha öncə Ahmet Nur Çəbinin prezidentliyi dönəmində ''Beşiktaş''da baş müdür və idman direktoru vəzifələrini icra edib.
Yəni o, faktiki olaraq federasiyada ''Beşiktaş''ın maraqlarını təmin edən yönətici kimi çalışırdı.
Ağıla gələn ilk versiya odu ki, onun istefası TFF-nin ''Beşiktaş'' - ''Qalatasaray'' derbisinə əcnəbi hakim təyin etməkdən boyun qaçırması ilə əlaqəlidi.
Tam oxu
Xəbəri oxu