Icma.az
close
up
RU
TFF rəsmisi derbidəki hakim təyinatı üzündən istefa verdi!

TFF rəsmisi derbidəki hakim təyinatı üzündən istefa verdi!

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Futbol Federasiyasından çox önəmli bir istefa xəbəri gəlib.

''Football-plus.az'' xəbər verir ki, qurumun idarə heyətinin üzvü və başqan vəkili Ceyhun Kazancı sürpriz şəkildə istefa verib. Kazancı yazılı açıqlamasında bunları qeyd edib:

''2024-cü il 18 iyul tarixindən etibarən icra etdiyim TFF başqan vəkili, idarə heyətinin üzvü, yığma komandalara, eyni zamanda FİFA və UEFA ilə münasibətlərə cavabdehlik daşıyan yönətici vəzifələrindən lazım olduğu üçün istefa verirəm. Bu ayrılığın hər iki tərəfə və Türkiyə futboluna xeyirli olmasını arzu edirəm. Vəzifədə olduğum müddətdə yanımda olan və dəstək verən hər kəsə təşəkkür edirəm''.

Qeyd edək ki, 45 yaşlı Kazancı daha öncə Ahmet Nur Çəbinin prezidentliyi dönəmində ''Beşiktaş''da baş müdür və idman direktoru vəzifələrini icra edib. Yəni o, faktiki olaraq federasiyada ''Beşiktaş''ın maraqlarını təmin edən yönətici kimi çalışırdı.
Ağıla gələn ilk versiya odu ki, onun istefası TFF-nin ''Beşiktaş'' - ''Qalatasaray'' derbisinə əcnəbi hakim təyin etməkdən boyun qaçırması ilə əlaqəlidi. ''Beşiktaş'' birmənalı şəkildə şənbə günü baş tutacaq derbiyə əcnəbi hakimin dəvət olunmasını tələb edirdi. Türkiyə mətbuatında dolaşan xəbərlərə inansaq, federasiyanın idarə heyətinin son toplantısında bu məsələ bir neçə saat müzakirə edildi və hətta səsverməyə çıxarıldı. Səsvermədə əcnəbi hakimə qarşı çıxanların və lehinə olanların sayı bərabər oldu.
Bu üzdən TFF prezidenti İbrahim Hacıosmanoğlu məsuliyyəti üzərinə götürərək derbiyə yerli hakimin təyinat almasına qərar verdi. Görünür, bu məsələdə Hacıosmanoğlu ilə fikirləri üst-üstə düşməyən Kazancı çarəni istefa verməkdə görüb.
Xatırladaq ki, bir neçə həftə öncə baş tutan ''Qalatasaray'' - ''Fənərbaxça'' derbisini sloveniyalı Slavko Vinçiç idarə etmişdi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Mart 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri