Tibbi diaqnostikanın özü “müalicə”yə möhtacdır | Icma.az
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yaxud ölkə səhiyyəsində “qocalmış” cihaz və aparatların kəsərsizliyi İnsan həyatı və sağlamlığı cəmiyyətin ən yüksək dəyəridir.
Bu canlı sərvətin qorunması isə təkcə ixtisaslı həkimlərin peşəkarlığı ilə deyil, həm də istifadə etdikləri tibbi avadanlıqların, diaqnostika cihazlarının müasirliyi, etibarlılığı və dəqiqliyi ilə sıx bağlıdır.
Günümüzdə də klinik-laborator analizlərdən tutmuş rentgen, ultrasəs, kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası (MRT) və elektrokardioqram (EKQ) aparatlarınadək bütün avadanlıqlar səhv ölçmə göstəriciləri ilə istifadə olunduqda nəticələr insan sağlamlığına ciddi zərər yetirir.
Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində tətbiq edilən bütün tibbi ölçü cihazlarının nəzərdə tutulan vaxtlarda yoxlamalardan keçirilməsi məhz yuxarıda vurğulanan təhlükənin qarşısını alır.
Başqa sözlə, bu prosesin məqsədi texniki normativin yerinə yetirilməsi ilə bərabər, həm də vətəndaş sağlamlığının, tibbi xidmətin etibarlılığının gerçəkləşdirilməsidir.
Son illər Azərbaycanda yeni tikilən və ya əsaslı şəkildə yenidən qurulan xəstəxanalar, diaqnostika mərkəzləri müasir avadanlıqlarla təchiz olunmaqla beynəlxalq standartlara uyğunlaşdırılır, səhiyyə sisteminin maddi-texniki bazası möhkəmləndirilir.
Lakin bu avadanlıqların dəqiqliyinin hər zaman ciddi nəzarət altında saxlanılması texniki və hüquqi baxımdan digər bir sistemin – tibbi avadanlıqların, ölçü cihazlarının texniki etibarlılığını və dəqiqliyini müəyyənləşdirən qurumun mövcudluğunu zəruri edir.
Tam oxu
Xəbəri oxu