525.az saytına istinadən Icma.az xəbər verir. Telman ORUCOVQloballaşma beynəlxalq ticarətə böyük təkan vermiş, ölkələr arasında iqtisadi əla
Bunlar isə öz növbəsində istehlakçıların mənafeyinin daha yaxşı ödənilməsinə şərait yaratmışdır.
Əvvəllər özünü təmin etməyi ilə fərqlənən dövlətlər əcnəbi ölkələrdən idxal edilən malların daha ucuz qiymətə satılmasına görə, istehsalda gur inkişaf etməklə yanaşı, daha sərfəli məhsul buraxanların nisbi asılılığına düşmüşdür.
İstənilən alıcıya psevdovətənpərvərlik hissləri yaddır, o, öz tələbatını ödəyən mallara üstünlük verməklə onları alır.
Bəzi dövlət rəhbərləri bu vəziyyətlə razılaşmayıb, öz istehsal müəssisələrinə proteksionizm göstərməklə, idxal daşqınına mane olmaq istəsə də, alıcı öz prinsipinə sadiq qalmaqla, doğma dövlətinin siyasətinə də məhəl qoymur.
Bazar münasibətləri, onun yaratdığı rəqabət həm də dünyada ölkələr arasında elan olunmamış əmək bölgüsünü də müəyyən edir.
XXI əsrin əvvəllərindən Çində sənayenin yüksək sürətli inkişafı, həm də ixracın miqyasının və coğrafiyasının böyüməsinə səbəb oldu.
Özünü qısa müddətdə dünya istehsal fabrikinə çevirən bu ölkə ixrac ekspansiyasını həyata keçirmək üçün Amerikanın geniş bazarını da işğal etməyə başladı.