Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin sentyabr ayında Azərbaycanın tikinti sektorunda işgüzar fəallıq indeksi açıqlanıb.
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, sentybar ayında tikinti sektorunda inam indeksi mənfi 40,4 olub.
Bu göstərici, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Belə ki, 2025-ci ilin sentyabr ayında tikinti inam indeksi mənfi 4,4 olub.
Qeyd edək ki, tikinti sektorunda yeni sifarişlərin icraya qəbul edilmə göstəricisi 2025-ci ilin sentyabrda mənfi 7,9 olduğu halda, 2026-cı ilin sentybartda mənfi 60,7-yə düşüb. Bu, tikinti şirkətlərinə daxil olan iş sifarişlərinin zəiflədiyini göstərir. Tikinti işlərinin həcmi də 2025-ci ilin sentyabr ayında 15,5 olduğu halda, 2026-cı ilin sentyabrında mənfi 3,6-ə enib və bu, sektorda aktivliyin azaldığını göstərir. İşçi sayının dəyişməsi göstəricisi isə mənfi 0,8-dən mənfi 20,2-ə düşüb. Bu isə onu göstərir ki, şirkətlər yeni işçi götürməkdə daha ehtiyatlı davranır və bu sektorda ixtisar meyli güclənib.
Elnur Əli